Jurnalist döyülərək öldürülməyib
21:01 18.01.2016
Arxiv
881
Prokurorluq “Respublika” qəzetinin əməkdaşının ölüm hadisəsinə aydınlıq gətirib
Yanvarın 16-da günorta saatlarında metronun "Elmlər Akademiyası” stansiyasının qarşısında təxminən 65-70 yaşlı kişi qəfildən huşunu itirərək yıxılıb. Yaxınlıqda olan adamlar hadisə yerinə təcili tibbi yardım çağırıblar.
Lakin həkimlər hadisə yerinə gələndə artıq gec olub. Yıxılan şəxs dünyasını dəyişib. Sonradan məlum olub ki, həmin şəxs "Respublika” qəzetinin əməkdaşı, jurnalist Sabir Mustafayevdir. 60 yaşlı S.Mustafayev Cəlilabad rayonunda doğulub.
Mərhumun meyiti morqa aparılıb. Şahidlərin verdiyi məlumata görə, Sabir Mustafayev parka qaçaraq gəlib. Bu zaman baş verənlərin yaxınlıqda olan təhlükəsiz şəhər kameralarında görüntüləndiyi də ehtimal olunur. Hadisə yerinə polis əməkdaşları, kriminalist-ekspertlər cəlb edilib. Meyitin üzərinə ilkin baxış keçirilib. Onun yıxılaraq dünyasını dəyişdiyi ehtimal edilib.
Amma mərhumun yaxınları jurnalistin döyülərək öldürüldüyünü iddia edib. Mərhumun qardaşı Səxavət Mustafayev mediaya məlumat verib ki, Sabir Mustafayev ədavətdə olduğu şəxs tərəfindən öldürülüb.
Qeyd edək ki, Yasamal rayon prokuroru, eləcə də "Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov və qəzetin əməkdaşları da hadisə yerində olublar. Meyit müayinə olunması üçün məhkəmə-tibbi ekspertizasına aparılıb. Sabir Mustafayevin, deyildiyi kimi, başqası tərəfindən öldürüldüyü və ya qəfildən səhhətinin pisləşməsi səbəbindən dünyasını dəyişdiyi aparılan istintaq araşdırmalarından sonra dəqiqləşdirilib.
Yasamal Rayon Prokurorluğu araşdırma nəticəsində jurnalistin küçədə döyülərək öldürülməsini təkzib edib. Rayonun prokurorluğundan bildirilib ki, S.Mustafayevin öldürülməsi iddiaları əsassızdır və öz təsdiqini tapmayıb.
Prokurorluğun məlumatına görə, jurnalistin küçədə huşunu itirərək yıxılması və nəticədə dünyasını dəyişməsi anı yaxınlıqda olan insanların gözü qarşısında baş verib: "Onun döyülərək öldürülməsi iddiası yalandır. Ona görə də jurnalist Sabir Mustafayevin ölüm faktı ilə bağlı cinayət işi açılmayıb”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət