Kabildə terror aktı nəticəsində 90 nəfər yaralanıb





Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktı nəticəsində 90 nəfər yaralanıb, onlardan 23-ü uşaqdır.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Tolo News telekanalı Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsinə istinadla məlumat yayıb. Nazirlik nümayəndəsinin bundan əvvəlki açıqlamasında terror aktı zamanı 4 nəfərin öldüyü və 44 nəfərin xəsarət aldığı bildirilirdi.

Bu gün axşam saatlarında Kabildə Green Village kompleksi rayonunda partlayıcı yüklənmiş avtomobil partladılıb. Yerli KİV-lər qeyd edirlər ki, paytaxt aeroportunun bilavasitə yaxınlığında yerləşən və xüsusi mühafizə edilən kompleks əsasən əcnəbilər üçün fəaliyyət göstərir.

Əfqanıstan DİN partlayışı terror aktı kimi dəyərləndirib.