Keçmiş nişanlısını və onun sevgilisini güllələdi

Dönər satan daha sonra eyni silahla intihar edib
Bursanın Karacabey qəsəbəsində, Ərdal Adıyeke, evlilik hazırlığı edən keçmiş nişanlısı Zeliha K.ı və onun evlənəcəyi İsmayıl İ.ı pnevmatik tüfənglə vurduqdan sonra intihar etdi.
Ağır yaralı Zeliha K. ilə yüngül yaralanan İsmayıl İ. xəstəxanaya çatdırılaraq müalicə altına alındı.
Karacabeydə toyuq dönəri satan və son aylarda işlərinin pis getdiyi iddia edilən Ərdal Adıyeke, ayrıldığı nişanlısı Zeliha K.ın bu həftə İsmayıl İ. ilə evlənəcəyini öyrənincə dəliyə döndü. Dünən Zeliha K.ı İsmayıl İ. ilə şəhər meydanındakı bir kafedə görən Ərdal Adıyeke pnevmatik tüfənglə dəhşət saçdı. Yanına gedərək Zeliha K.ı boğazından yaralayan Ərdal Adıyeke, qaçan İsmayıl İ.a da atəş açdı. Ərdal Adıyeke, eyni silahla intihar etdi.
Hadisə sonrası 112 Təcili Xidmət yardımı ilə Karacabey dövlət xəstəxanasına çatdırılan yaralılar müalicəyə altına alındı. Ərdal Adıyekenin cəsədi isə yarılmaq üçün Ədli Tibb Təşkilatının meyitxanasına aparıldı.