“Ancaq bölgədəki radikalizm problemini İslam Kərimovun varlığı və ya yoxluğu ilə bağlamaq yanlışdır”
Kərimovdan sonra...
19:26 08.09.2016
Arxiv
463
Rusiya tərəfinin bəyanatında həqiqət var: Özbəkistan cəmiyyəti üçün radikallar çox böyük təhlükədir
“Ancaq bölgədəki radikalizm problemini İslam Kərimovun varlığı və ya yoxluğu ilə bağlamaq yanlışdır”
“Ancaq bölgədəki radikalizm problemini İslam Kərimovun varlığı və ya yoxluğu ilə bağlamaq yanlışdır”
İslam Kərimovun ölümündən sonra Özbəkistan cəmiyyəti üçün ən böyük təhlükə radikal qruplaşmalardır. Bunu rusiyalı politoloq Qalina Solonina deyib. Ekspertin fikrincə, Kərimov uzun illər radikalizmin qarşısını alıb. Amma onun yoxluğu radikalların fəallaşmasına səbəb ola bilər:
"Hazırda ən önəmli məsələ ölkənin daxili sabitliyidir. Hər kəsi maraqlandıran budur. Yeni dövlət başçısı radikallara qarşı necə mövqe sərgiləyəcək? Əgər cihadçılara rəğbət bəsləyən biri gələrsə, hər şey 180 dərəcə dəyişə bilər”. Məsələ ilə bağlı "Şərq”ə danışan təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev deyib ki, Orta Asiyada hər zaman radikal qruplar mövcud olub: "Özbəkistanda "İslam Ordusu” deyilən bir dəstə və "Hizbut-təhrir” adlı dini qruplaşma fəaliyyət göstərir. Qərb ölkələri öz məqsədlərinə çatmaq üçün zaman-zaman həmin terrorçu qüvvələri ayağa qaldırmağa çalışır və müxtəlif bəyanatlar verirlər. Rusiyanı və Özbəkistana qonşu dövlətləri narahat edən, qorxudan əsas amil məhz budur. Bəzi xarici dövlətlərin xüsusi xidmət orqanları Əfqanıstanla sərhəd problemini, Fərqanə və məhsəti türkləri məsələsini qabardaraq, Orta Asiyada vəziyyətin həddindən artıq gərgin olduğu görüntüsünü yaratmaq istəyirlər”.
A.Nağıyev bildirib ki, radikal qruplaşmaların Mərkəzi Asiya regionu üçün ciddi təhlükə olduğunu danmaq olmaz: "Bir müddət əvvəl Qazaxıstanda dövlət çevrilişinə cəhd adı ilə radikal qruplaşmalar haqqında müzakirələr aparıldı. Hətta Nazarbayev səviyyəsində bəyanat verildi. Həmçinin, Türkmənistanla sərhəddə terrorçularla hökumət qüvvələri arasında qanlı atışma baş verdi. Bildiyiniz kimi, Tacikistan Daxili İşlər Nazirliyinin polkovniki, xüsusi təyinatlı milis dəstəsinin komandiri Qulmurod Xalimov da İŞİD-ə qoşuldu və rəhbər vəzifəyə gəldi. Yəni Rusiya tərəfinin bəyanatlarında həqiqət var. Radikallar həm region, həm də Rusiya üçün təhlükə törədir. Moskva Qərb əleyhinə addımlar atan kimi Rusiyaya təhlükə törədə biləcək radikal qruplar ayağa qaldırılır”.
Politoloq bildirib ki, Özbəkistan geopolitik və hərbi baxımdan Orta Asiyanın nüvəsi sayılır: "Regionda müxtəlif dini və etnik qruplar, ziddiyyətli ərazi iddiaları mövcuddur. Ancaq bölgədəki radikalizm problemini İslam Kərimovun varlığı və ya yoxluğu ilə bağlamaq yanlışdır. Mərhum prezidentdən əvvəl Orta Asiyada radikal qruplar var idi, onun dövründə də olub. Təbii ki, ölümündən sonra da olacaq. Xarici dövlətlərin xüsusi xidmət orqanları həmin qruplaşmalardan öz məqsədlərinə çatmaq üçün istifadə edirlər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Oktyabrın sonu beş BÜRC üçün çox maraqlı olacaq
08:30 29.10.2026
Sosial
"Axios": ABŞ və İsrail İran rəhbərliyinə zərbələr endirə bilər
08:07 29.10.2026
Son dəqiqə
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
“Yaprak Dökümü”nün “Aslı”sı illər sonra
05:35 29.10.2026
Şou
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
04:24 29.10.2026
Relaks
Hər Cola şüşəsi ömrünüzdən 9 dəqiqə azaldır - Alimlər
03:53 29.10.2026
Sağlamlıq
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
02:46 29.10.2026
Aktual
2026-cı ilin sözü elan edildi
01:51 29.10.2026
Maraqlı
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual