Kılıçdaroğlunun kortejində qəza: 3 yaralı




CHP lideri Kamal Kılıçdaroğlunun korteji qəzaya uğrayıb.

Sherg.az axar.az-a istinadla xəbər verir ki, Qəhrəmanmaraş yolunda nəzarətdən çıxan bir yük maşını Kılıçdaroğlunu təqib edən jurnalistlərin avtomobili ilə toqquşub.

Qəza nəticəsində 3 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.