Kimi vətəndaşları dəstəkləyir, kimi də AZALI...
21:21 08.01.2016
Arxiv
609
Təyyarə biletlərinin qiyməti ciddi ziddiyyətlərə yol açıb
Azərbaycan Hava Yolları (AZAL) QSC-nin təyyarə biletlərinin endirimləri müştərilərin ümidlərini doğrultmayıb. AZAL-ın son qiymət endirimi kampaniyası sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Bəzi sosial şəbəkə istifadəçiləri hesablamalar apararaq, qeyd ediblər ki, AZAL-ın endirimli qiymətləri əslində, normal qiymətlərdən daha baha başa gəlir.
İqtisadçı-ekspert Natiq Cəfərli də bu günlərdə mətbuata açıqlamasında AZAL-ın qiymət siyasətində "low-kost” məntiqinin itdiyini bəyan edib. Eyni zamanda iqtisadçı AZAL-ın yerli inhisarçı şirkət olduğunu vurğulayaraq, qurum öncə qiymətləri avro ilə hesablamasına aydınlıq gətirsin, deyib.
İqtisadçı-ekspert Nazim Məmmədov isə digərlərindən fərqli olaraq indiki reallıqda AZAL-ın qiymət siyasətinin qəbul edilən olduğunu hesab edir: "Manatın stabil olan vaxtlarında AZAL-ın qiymətləri həddindən artıq baha idi. Haqlı olaraq da vətəndaşlarımız hansısa xarici ölkəyə getmək üçün qonşu Gürcüstanın və Ukraynanın hava xətlərindən istifadə edirdilər. Obyektiv səbəbləri də Azərbaycandan uçuşun ikiqat bahalı olması idi. Ancaq manatın kəskin ucuzlaşmasından sonra AZAL-ın mövcud qiymət siyasətinə haqq qazandırmaq olar. Çünki uçuşlar ikitərəfli həyata keçirilir və səfər etdikləri ölkələrdə sərnişinlərə xidmət göstərilir. Əgər endirim kampaniyalarında qiymətlər doğrudan da bahadırsa, bu qurumu tənqid etmək üçün əsas verir. Əks təqdirdə mən AZAL-a haqq verirəm. Yenə də deyirəm ki, devalvasiyadan əvvəl xaricə uçuş biletləri çox baha idi və AZAL bunu guya xidmətin yüksək, yeməklərin keyfiyyətli olması ilə izah edirdi. Əslində isə bu bəhanələrin hər biri yersiz idi və qiymətlər doğrudan da baha idi. Amma bu gün üçün manatla olan qiymətin bahalaşmasının obyektiv səbəbləri olduğunu düşünürəm. Yox əgər qiymət artımı dollar ekvivalentində bahalanıbsa, bu artıq vətəndaşlara qarşı haqsızlıqdır.
"Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski isə açıqlamasında endirimlərin yaxın zamanlarda da davam edəcəyini, eləcə də ümumi qiymətlərə yenidən baxılacağını bildirib: "Bizdə, eləcə də bir çox ölkələrdə Beynəlxalq Aviasiya Təhlükəsizliyi Dəyərləndirməsi (İASA) adlı qurumun tələblərinə uyğun olaraq, biletlərin qiyməti avro ilə hesablanır. Biz bu yaxınlarda elan etmişik ki, qiymətlərə yenidən baxacağıq və yeni qiymətləri müəyyən edəcəyik. Bəzi uçuşların 89 avroya endirilməsi bizim sonuncu endirimimiz deyil, bundan sonra da belə kampaniyalarımız olacaq”.
Sosial şəbəkələrdə deyilənlərin həqiqəti əks etdirmədiyini deyən P.Kəsəmənskinin sözlərinə görə, media baqaj xidmətini və yeməyi də üstünə gələndə əvvəlki qiymətdən çox etdiyini yazır: "Lakin bu, belə deyil. Əgər tək adamı hesablasaq, fərq bir qədər az alınır. Ancaq bir ailə gedirsə, bir neçə nəfər bir baqaj üçün ödəniş edir, bu zaman daha sərfəli olur. İnsanlar var ki, baqaj xidmətindən istifadə etmirlər, yemək istəmirlər. Bu, insanın seçimindən asılıdır. Ən vacibi odur ki, bu fərq "ekonomklas”ın 30 faizinə aiddir. Qalan 70 faizin qiyməti ilə müqayisə etsəniz, özünüz fərqi görəcəksiniz”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat