“Kölgə iqtisadiyyatı” ilə bağlı hökumətə təkliflər verilib




"Əsas vəzifələri rəhbər tutaraq növbəti ilin büdcə paketi çərçivəsində aidiyyatı qurumlarla birlikdə çalışaraq, "kölgə iqtisadiyyatı”nın azaldılmasına yönəlmiş, hesabatlılığın artırılmasını təmin edən tədbirləri və bir sıra digər islahatlarla bağlı təklifləri artıq hazırlayıb hökumətə təqdim etmişik”.

Modern.az-ın məlumatına , bunu Milli Məclisin iclasında vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, əsas hədəf vergi ödəyicilərinin, xüsusilə də kiçik və orta sahibkarlığın vergi yükünün azaldılıması, vergi inzibatçılığında bərabərliyin, şəffaflığın təmin olunmasıdır.