Kolleclərə ixtisas seçimi başladı
08:08 24.07.2019
Arxiv
565
Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisas seçimi başlayıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) "Sherg.az"a bildirilib ki, 2019/2020-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.
Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisas seçimiiyulun24-dən avqustun 5-i saat 23.59-dəkinternet vasitəsiləhəyata keçirilir.
İxtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə)ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayanabituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur. Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul qiymət alan abituriyentlər seçə bilərlər. Abituriyentlərin qabiliyyət imtahanlarından aldığı qiymətlər gün ərzində elektron məlumat bazasına daxil edilir və onlar günün sonunda ixtisas seçimi edə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.
Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla12-dəkixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
2019/2020-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar“Abituriyent” jurnalının 3-cü sayındadərc olunub. Abituriyentlər eyni zamanda elektron ixtisas seçimi ərizəsindən keçid etməklə kolleclərə qəbul aparılan ixtisasların siyahısı ilə tanış ola bilərlər.
Xatırladaq ki, 9-cu sinfi bu il bitirənvə kolleclərə qəbul olmaq üçün fevral-mart aylarında aparılan qeydiyyatdan keçməyən abituriyentlər (rus bölməsinin abituriyentləri Azərbaycan dili imtahanından məqbul qiymət aldıqları halda) üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə ərizə qəbulu sistemi də avqustun 5-dək aktiv olacaqdır. Müsabiqədə iştirak etmək istəyən abituriyentlər əvvəlcə qeydiyyatdan keçib sonra ixtisas seçimi edə bilərlər.
Qeyd edək ki, abituriyentlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
22:20 13.07.2026
Dünya
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
22:02 13.07.2026
Dünya
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:34 13.07.2026
Siyasət
Məsud Pezeşkian Rusiyanın energetika nazirini qəbul etdi
20:46 13.07.2026
Region
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:39 13.07.2026
Hərbi
Anna Akopyan Efiopiyaya ezam olunacaq
20:24 13.07.2026
Dünya
Bakı-Qars aviareysləri iyulun 30-dan başlayır
20:13 13.07.2026
Aktual
Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik
20:08 13.07.2026
Gündəm
Muhsin Yazıcıoğlu işi üzrə 25 şübhəli saxlanılıb
20:05 13.07.2026
Hadisə
AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
19:50 13.07.2026
Dünya
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm