Konsulluq işə qarışdı: İranda girov saxlanan azərbaycanlı uşağın meyiti bu gün veriləcək
10:25 23.01.2016
Arxiv
417
Azərbaycanın İrandakı səfirliyi meyiti verilməyən körpə ilə bağlı məsələləri nəzarətində saxlayır.
ANS PRESS-in məlumatına görə, bunu hazırda İranda olan 9 aylıq Qorqud Dadaşzadənin dayısı Aqil Quliyev bildirdi.
"Bizə bu gün konsulluqdan zəng vurub dedilər ki, məsələni həll etməyə çalışırlar. Konsulluqla yanaşı Təbriz Universiteti də köməklik edir. İnşaallah, yaxşı olar. Artıq Azərbaycandan imkanlı şəxslərin köməkliyi ilə pulun bir qismi hazırdır. Az bir hissəsi qalıb", - deyə uşağın dayısı vurğuladı.
Azərbaycan vətəndaşı 9 aylıq Qorqud Dadaşzadə yanvarın 21-də günorta saatlarında İran İslam Respublikasının Təbriz şəhərində yerləşən "Kudəkan" (Uşaqlar) xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişib. Adıçəkilən xəstəxananın uşağın cənazəsini yaxınlarına vermədiyi barədə məlumat yayılıb.
Qorqud Dadaşzadənin ailə üzvləri ANS TV-yə bildirib ki, 3200 manat borcları olduğuna görə həkimlər uşağın meyitini valdeyinlərinə vermirlər. Ailəyə yalnız pulu ödəyəcəkləri təqdirdə uşağın meyitini verəcəklərini bildiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət