Armen Sarkisyanın davranışı cinayət tərkiblidir və qəbuledilməzdir
Kor baxış...
07:51 30.06.2018
Arxiv
629
Özlərini beynəlxalq rəydə rüsvay edirlər
Armen Sarkisyanın davranışı cinayət tərkiblidir və qəbuledilməzdir
Armen Sarkisyanın davranışı cinayət tərkiblidir və qəbuledilməzdir
Avropa və ABŞ turnesinə çıxan Ermənistan prezidenti Armen Sarkisyan İrəvanın separatizmi dəstəklədiyini rəsmən nümayiş etdirib. Vaşinqtondakı Smitson festivalının açılışında iştirak edən Sarkisyan İspaniyadan müstəqillik tələb edən katalonları dəstəkləyib. Bu barədə tədbirdə iştirak edən erməni rəssam Ruben Malayan "Facebook” səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, ermənilərlə Kataloniya mədəniyyətinə həsr olunan Smitson festivalının açılışında çıxış edən İspaniyanın ABŞ-dakı səfiri ölkəsinin siyasi-mədəni həyatından söz açıb. Bundan qəzəblənən Kataloniya nümayəndə heyəti zalı tərk edib. Çıxışdan sonra Ermənistan prezidentinə yaxınlaşan İspaniya səfiri onunla salamlaşmaq niyyəti ilə əlini sıxmaq istəyib. Lakin Armen Sarkisyan avropalı səfirin bu jestinə kobud şəkildə rədd cavabı verərək, onun əlini sıxmayıb. Malayan və əksər ermənilər Ermənistan prezidentinin katalonlara bu cür dəstək nümayişinin böyük "hörmətə” layiq olduğunu yazıblar. Məlumat üçün deyək ki, İspaniyanın ABŞ-dakı səfirinə Vaşinqtonda keçirilən Smitson festivalının açılışında iştirak etmək üçün rəsmi dəvət göndərilməyib. Amma Kataloniyanın "müstəqil” dövlət olmadığını və mərkəzi Madrid hökumətinə tabe olduğunu göstərmək üçün ispaniyalı səfir özü tədbirə qatılmaq qərarına gəlib. Lakin dəvət olunmamış qonağı təhqir etməklə diplomatik skandala səbəb olan Ermənistan prezidenti, İrəvanın Avropadakı separatçıları dəstəklədiyini bir daha sübut edib.
Düşmən ölkə rəhbərinin davranışı ilə bağlı "Şərq”ə danışan politoloq Qabil Hüseynli Ermənistanın hər zaman separatizmi dəstəklədiyini bildirib. Ekspertin fikrincə, əvvəlcə, Abxaziya və Cənubi Osetiya, daha sonra Krım məsələsində Ermənistanın tutduğu mövqe bir daha göstərdi ki, rəsmi İrəvan separatçıların yanındadır:
"Erməni rəhbərlərin bu cür davranışı Dağlıq Qarabağdakı qondarma rejimlə bağlıdır. Şübhəsiz ki, İrəvanın separatizmə dəstək verməsi beynəlxalq hüquq normalarına ziddir. ABŞ-da keçirilən tədbirdə Ermənistan prezidenti Armen Sarkisyanın hərəkətləri də bunu əyani surətdə sübuta yetirir. İspan səfir Sarkisyanın çirkin niyyətini başa düşdüyü üçün çıxışda onunla görüşmək niyyəti ilə yaxınlaşıb. Ancaq səfirin ehtiramlı və mədəni münasibəti Sarkisyan tərəfindən etikadan uzaq tərzdə qarşılanıb. Məsələ ondadır ki, işğalçı ölkə açıq surətdə beynəlxalq hüquq normalarına meydan oxuyur və separatizmi dəstəkləyir. Avropa təkcə 1975-ci ilin "Helsinki Yekun Aktı” ilə deyil, sonradan qəbul etdiyi bütün qərarlarla separatizmi qəti surətdə pisləyib, qadağan edib. Bu baxımdan Armen Sarkisyanın davranışı cinayət tərkiblidir və qəbuledilməzdir. Ermənistan rəhbərinin hərəkəti "özünə umac ova bilməyən birinin başqasına əriştə kəsmək” həvəsidir”. Analitik bildirib ki, ermənilər bu cür qanunsuz addımları ilə beynəlxalq ictimai rəydə özlərini tamamilə rüsvay edirlər. Dünyanın aparıcı dövlətləri ekstremizmə, separatizmə qarşı birgə mübarizə apardığı halda, İrəvan onları dəstəkləyir. Özlərinin avantürist məqsədləri hesabına hər cür qanunsuzluğa əl atırlar. Məncə, Kataloniyaya verilən dəstək Ermənistanın ifşa olunmasında önəmli rol oynaya bilər. Bütün dünya Ermənistanın cinayətkar siyasət yeritdiyinin, işğalçılığa dəstək verdiyinin şahidi olar. Avropa ölkələri Sarkisyanın bu addımına adekvat qiymət verməli, Ermənistanın Cənubi Qafqaz üçün nə qədər təhlükəli olduğunu görməlidirlər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi