Korneliya Balkinayte: “Hava çox isti idi. Azərbaycan komandası isə güclü komandadır"






Qadınlar arasında keçirilən basktebol yarışlarında 1/8 finalda Azərbaycan komandasına məğlub olan Litva millisinin üzvü Korneliya Balkinayte "Şərq”in əməkdaşı ilə söhbətində  məğlub olmalarına səbəblərdən biri kimi hava şəraitini göstərib: "Hava çox isti idi. Azərbaycan komandası isə güclü komandadır. Qalib gəlmək üçün çalışsaq da alınmadı. Daha az fərqlə uduzmaq da olardı. Lakin nəticə istədiyimiz kimi olmadı. Avropa Oyunları çox yüksək səviyyədə təşkil olunub. Hər şey çox yaxşıdır”.

Vüqar