Körpələri "xodunoka" qoymaq ziyandır - Həkimdən dəhşətli xəbərdarlıq
20:37 03.06.2019
Arxiv
918
Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli düz qalır, ayaqları yerə dəyir və o özünü itələyərək, yeriməyə cəhd edir. Bu, olduqca zərərlidir və yolverilməzdir.
Bioloji Təbabət klinikanın fizioterapiya şöbəsinin rəhbəri, həkim Süleymanova Ülviyyə medicina.az-a açıqlamasında bunları bildirib.
"Uşaq 6 aylıqdan iməkləməlidir. Usağın evdə "xodunok"a qoyulması, guya anaların işini yüngülləşdirir. Uşaq yeriməyi tez öyrənir. Bu isə təbiətin və fiziologiyanın qanunlarına ziddir. Uşaq iməkləyəndə əlləri və dizləri üstə qalır, bu zaman boynunu, başını məcburi yuxarı vəziyyətdə tutur. Bu hərəkətlər zamanı körpənin bütün onurğa əzələləri tarıma çəkilir, əzələ bərkiyir. Artıq uşaq yeriməyə başlayanda onurğa və əzələ sistemi hazır vəziyyətə gəlir. Onurğa problemi olan azyaşlı xəstələrimin analarının 95% faizi etiraf edib ki, uşaq iməkləmədən "xodunok"a qoyulub. Uşağın iməkləməsi, oturması, gəzməsi mərhələli və təbii olmalıdır. "Xodunok" uşaqlarımızın bütün əzələ, oynaq, bel, onurğa sistemini pozur. Bundan sonra çanaqda assimetriya yaranır, istər-istəməz əzələnin birtərəfli əyriliyi baş verir. Gələcəkdə ostexondroz və disk yırtıqları qaçılmazdır. Mən düzü bilmirəm ki, bu "xodunok"u kim icad edib, niyə analar buna qaçır? Uşağa iməkləməyə və gəzməyə, heç nədən tutmadan ayaqda durub sərbəst gəzməyə imkan yaratmaq lazımdır. Uşaq təzə-təzə addımlarını atanda evdə rahat gəzməsi, yıxılmaması və ya evdəkilərə mane olmayıb, təhlükəsizliyi üçün "xodunok"dan istifadə etmək olar. Amma bu da uzunmüddətli olmamalıdır. Çünki xodunokda uşağın beli yorulanda uşaq yerə çöməlib oturmaq istəyir, lakin bunu da edə bilmir. Bir sözlə, valideynlər özləri də bilmədən, uşaqların gələcəyinə ağır problemlər yaradır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq
İcra başçısı müavinini işdən çıxardı - FOTO
13:53 15.05.2026
Gündəm
Merz: Trampla mübahisə etmək mənasızdır
13:40 15.05.2026
Dünya
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb
13:27 15.05.2026
Cəmiyyət
Temperatur düşür: Bakıya yağış yağacaq
12:47 15.05.2026
Ekologiya
Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib
12:37 15.05.2026
Gündəm
Paşinyan rusiyalı oliqarxdan üzr və 6 milyon tələb edir
12:10 15.05.2026
Gündəm