Körpəsini tualetə qoyub qaçan ana tapıldı

“Qucağımda uşaqla ailəmin yanına dönə bilməzdim, ətrafim məni qınayardı”
3 günlük körpəsini tualetdə qoyub qaçan ana 28 yaşlı Aişə A.Karamanda tutularaq nəzarət altına alınıb.
Hadisə 6 noyabr günü Avtobus Terminalındakı qadınlar tualetində baş verib. Terminalın tualetlərini təmizləyən Münəvvər Topraq, tualetdə ədyala bükülü körpə qız tapıb. Tualetdə kimsənin olmadığını fərq edən Topraq, vəziyyəti avtobus dayanacağındakı polisə bildirib. Şəxsiyyəti naməlum adam və ya kəslər tərəfindən tərk edildiyi aydın olan körpəyə buradakı vəzifəlilər sahib çıxıb. Hələ göbək bağı belə kəsilməyən körpənin altını təmizləyən Münəvvər uşağın əmziklə qarnını doydurdu. Körpənin sahibini araşdıran polis Konya mərkəzində və qəsəbəsindəki 34 xəstəxanada, 1-6 noyabr tarixləri arasında qız dünyaya gətirən qadınların adlarının siyahısını istəyib.
Bu tarixlər arasında 404 körpə qız uşağının dünyaya gəldiyi məlumatını öyrənən polis, siyahıdakı adları tək-tək araşdırıb. Polis, 5 noyabrda keysəriyyə ilə körpəsini dünyaya gətirən və yanında heç bir müşayiətçisi olmadığı, körpənin qeydini etdirmədiyi öyrənilən Aişə A. üzərində durub. Avtobus dayanacağındakı təhlükəsizlik kameraları və xəstəxananın kamera görüntülərini araşdıran polis, körpənin Aişə A-ya aid olduğunu təyin edib.
2013-cü ildə həyat yoldaşından boşanan və bu evliliyindən 5 yaşında bir oğlu olduğu bilinən Aişə A.Karamandakı evində dünən axşam nəzarətə alınıb. Konya Asayiş Şöbə Müdirliyinə gətirilən Aişə A. buradakı ifadəsində, "Körpə 1,5 ildir birlikdə olduğu H.İ.Ç.dəndir. Hamilə qaldıqdan sonra abort etdirmək istədik. O zaman pul tapa bilmədik. Sonra pulu tapdıq, ancaq iş işdən keçmişdi. Mən də sevgilimə körpəni saldığımı söylədim. Zamanla qarnım çox diqqət çəkdi. 5 noyabrda ailəmə, öd kisəmin əməliyyatı üçün Konyaya gedəcəyimi söylədim. Eyni gün getdiyim xəstəxanada keysəriyyə ilə körpəni dünyaya gətirdim” deyib.
Doğuşdan sonra körpədən xilas olmağı planlaşdırdığını bildirən Aişə A. "Körpəni qucağıma götürdüyüm andan nə edəcəyimi bilmədim. Ondan xilas olmaq istədim. Karamana qucağımda körpə ilə dönə bilməzdim. Pis qadın hesab olunardım. Ətrafım məni qınayardı. Doğuşdan iki gün sonra taksiyə minərək avtobus dayanacağına getdim. Tualetə getdim. Körpəni dəzgahın üzərinə qoyub tualetdən çıxdım. Körpəni burada qoymağa qərar verdim. Son dəfə əmizdirərək tualetdən çıxdım” dediyi öyrənildi. Hazırda 13 günlük olan və İctimai Xidmətlər Müdirliyinə yerləşdirilən körpəyə səlahiyyətlilər tərəfindən "Əsli” adı verilib. Körpəni istəmədiyi öyrənilən Aişə A.-nın ifadəsindən sonra ədliyyəyə sövq ediləcəyi bildirilib. Aişə A.-nı 3-aydan 2 ilə qədər həbs cəzası gözləyir.