Körpüyə gizlicə dırmaşıb selfie çəkdirdilər

Gənclər təhlükəsizlik işçilərini “yandırdı”



Türkiyədə 3-cü körpüyə gizlicə dırmaşan 2 gənc özlərini də, hadisəyə laqeyd olan təhlükəsizlik işçilərini də "yandırdı”... Polis, 22 noyabr bazar günü televiziya kanallarında və 23 noyabr bazar ertəsi günü bəzi internet saytlarında çıxan "Üçüncü körpüyə gizlicə çıxışlar” xəbərləri ilə bağlı aparılan araşdırmaların nəticələri ilə bağlı şərh verib.

"Pavel Smirnov və Özcan İpar adlı şəxslər, 31 oktyabr gecə saatlarında sözü gedən hadisəni icazəsiz reallaşdığı bildirilir. Şəxslərin seçkilər səbəbiylə işlərə ara verildiyi dövrdə, işçilərin və qülləyə nəzarət edən operatorların vəzifə yerlərində olmamalarından faydalanaraq 1 noyabr seçki günü selfieni çəkdikdən sonra kimsəyə görünmədən yenə eyni şəkildə qülləyə çıxdıqları təsbit edilmişdir.” Məlumatda daha sonra deyilir: "Körpüdə 2 təhlükəsizlik müdiri, 4 növbə komandiri və 73 təhlükəsizlik personalı gecə və gündüz olaraq vəzifə yerinə yetirməkdədir. Ayrıca, tikinti sahəsində müəyyən nöqtələrdə təhlükəsizlik kameraları mövcud olub, bunların araşdırılmasına da davam edilməkdədir. Əlavə olaraq təhlükəsizlik tədbirlərini artırmaq məqsədiylə də lazımlı işlərə başlanmışdır.