Kral Salman Türkiyədə 400 avtomobil kirayəyə götürdü

Səudiyyə Ərəbistanı Kralı Salman Bin Əbdüləziz, G 20-nin Liderlər Zirvəsinə qatılmaq üçün Antaliyaya gəlib. Kral xüsusi villalarda yerləşəcək.
Kralın və mühafizə heyəti üçün isə zirehli 65 xüsusi Mersedes də gətirilib. Təxminən 1000 nəfərlik Səudiyyə Ərəbistanı heyətinin istifadəsi üçün zirehli 65 Mersedeslə bərabər Türkiyənin müxtəlif yerlərindən və əksəriyyəti yenə Mersedes marka 400 lüks fvtomobil kirayəyə götürülüb. Qiymətləri 500 min lirə ilə 1 milyon lirə arasında dəyişən lüks maşınlar otelin içindəki park sahələrinə sığmadığına görə ətrafındakı yola da park edilib.