Küçədə kəsişən dostluq: Soyuqdan qorunmaq üçün bir-birlərinə sarılaraq yatırlar





Evsiz bir gənc ilə küçə itinin soyuq havadan qorunmaq üçün dayanacaqda bir-birlərinə sarılaraq yatdığı ana aid foto hər kəsi duyğulandırdı.

İctimai mediada paylaşılan şəkil hər kəsin ürəyini sızladıb. Mecidiyeköydə dayanacaqda çəkildiyi öyrənilən foto, küçələri özünə məskən edən bir gənc ilə, bir küçə itinin dostluğunu göstərir. Fotoda əks olunan görüntüdə soyuqdan dayanacağa sığınan evsiz gənclə küçə iti bir-birlərinə sarılaraq istiləşməyə çalışırlar. Bir vətəndaş tərəfindən qeydə alınan kadr ictimai mediada paylaşılıb. Qədərləri küçədə kəsişən gənc və küçə itinin bu halları çox təsirlidir.