“Küləyə qalib gəl” - “Bakı Marafonu-2019” başladı



Bu gün Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Bakı Marafonu-2019” keçirilir.

Oxu.Az xəbər verir ki, "Küləyə qalib gəl” şüarı altında keçirilən marafon Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionunadək 21 kilometrlik məsafəni əhatə edəcək.

Qeyd edək ki, marafon artıq dördüncü ildir təşkil olunur.

Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir.