“Le monde” Ərdoğanı "topa tutdu"

“O, Türkiyəni Avropdan uzaqlaşdırır”


Fransanın "Le Monde” qəzeti Ərdoğanın xarici siyasəti ilə bağlı tənqidi ruhda yazı yazıb. 

Sherg. az xəbər verir ki, "Ərdoğan Türkiyəni Avropdan uzaqlaşdırma siyasəti yürüdür” başlıqlı məqalədə qeyd olunub ki, Türkiyə preizdentinin ölüm cəzasını bərpa etmək istəyi və müxalif mövqeyi ilə seçilən "Cümhuriyyət" qəzetinin baş redaktorunun həbsi birbaşa Avropa dəyərlərinə ziddir. 

Və bu, Türkiyənin demokratiliyinə və şəffaflığına kölgə salır: 

" 15 iyulda, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Ərdoğan ölkəsini sürətlə avropadan uzaqlaşdırır. Bunun ən bariz nümunəsi isə ölüm hökmünün bərpasına dair göstərilən ciddi cəhdlərdir. Konkret olaraq, oktyabrın 29- da Ankarada çıxış edərkən Ərdoğan açıq şəkildə ölüm cəzasını tezliklə bərpa edəcəklərini bəyan etdi. O, diqqətə çatdırdı ki, ölüm cəzasının bərpasına dair məsələ Milli Məclisə təqdim olunacaq. Parlament də öz növbəsində onu bəyənəcək. Və bu sənəd onun qabağına gələcək, o da,təsdiqləyəcək. Əlbəttə, bu kimi konkret faktlar Ərdoğanın avropadan uzaqlaşma siyasəti yürütməsinin aydın təzahürüdür”.

Ayyət Əhməd