Lider öldürüldü: Nasr, həm də Usamə bin Ladenin yaxın qohumu idi






2011-ci ildə də öldürülən Əl - Qaidə lideri Usamə bin Ladenin yaxın qohumu olan və təşkilatın Suriya qolu Nusra Cəphəsinin liderlərindən olan Sanafi əl Nasrın ABŞ-ın hava hücumunda öldürüldüyü açıqlandı.

Qaidə liderlərindən olan və 2012-ci ildən etibarən Qaidənin  Nusra Cəphəsində  Suriya ordusuna qarşı döyüşən Sanafi Əl Nasr, dünən axşam saatlarında ABŞ təyyarələrinin Halepin Dana bölgəsindəki bombardımanında öldürüldü. Nasrla birlikdə 2 Nusra üzvü də  öldü.