Mahir Əmiraslanov “Minsk 2019”da Azərbaycana ilk qızıl medalı qazandırıb
16:39 26.06.2019
Arxiv
698
İyunun 26-da sərbəst güləşçimiz Mahir Əmiraslanov ikinci Avropa Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırıb. 57 kiloqram çəki dərəcəsində mübarizə aparan gənc pəhləvanımız finalda serbiyalı Stevan Misiçi 9:1 hesabı ilə məğlub edərək "Minsk 2019” ikinci Avropa Oyunlarının çempionu olub.
İdmançımız bu qələbə sayəsində ikinci Avropa Oyunlarında Azərbaycan yığmasının aktivinə ilk qızıl medalı yazdırıb. Hazırda yığmamızın hesabında 1 qızıl, 4 gümüş və 7 bürünc medal var.
Xatırladaq ki, M.Əmiraslanov (57 kq) səkkizdəbir finalda bolqarıstanlı Georgi Vangelova 6:5 hesabı ilə qalib gələrək dörddəbir finala vəsiqə qazanıb. Dörddəbir finalda Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovu 4:0 hesabı ilə məğlubiyyətə uğradan güləşçimiz yarımfinalda Rusiya idmançısı Zavur Uquyev ilə qarşılaşıb. Yarımfinal görüşündə M.Əmiraslanov hesabda geri düşməsinə baxmayaraq, yüksək əzmkarlıq göstərərək görüşü qələbə ilə başa vurub – 3:2.
Qeyd edək ki, 22 yaşlı Mahir Əmiraslanov bu ilin aprelində Rumıniyada keçirilən Avropa çempionatında bürünc medala sahib olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət