Maliyyə naziri: “Büdcə xərclərinin 3,1 milyardı ixtisar edilib”
20:03 11.01.2016
Arxiv
554
2015-ci ildə Azərbaycan iqtisadiyyatının artımı, büdcə-fiskal dayanıqlığı təmin edilib.
APA-nın məlumatına görə, bu barədə ölkə başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarna həsr olunan iclasında maliyyə naziri Samir Şərifov bildirib.
Nazirin sözlərinə görə, Ümumi Daxili Məhsulun (ÜDM) 1,1% artım səviyyəsi əvvəlki illərlə müqayisədə az olsa da, mürəkkəb xarici iqtisadi mühit, ölkəmizin makroiqtisadi sabitliyinə artan təzyiqlər şəraitində əldə edilib və buna görə qənaətbəxş hesab edilə bilər.
"2015-ci ildə dövlət büdcəsi ilə maliyyələşdirilməsi nəzərdə tutulan bütün sosial öhdəliklər, əsas dövlət proqramları və prioritet hesab edilən layihələr tam həcmdə maliyyələşdirilib. Hesabat dövründə dövlət büdcəsinin gəlirləri nəzərdə tutulduğundan 2,3 milyard manat və ya 11,6% az olub. Gəlirlərin azalmasının əsas səbəbi neftin qiymətinin dünya bazarlarında kəskin aşağı düşməsi nəticəsində hökumət tərəfindən Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertlərin azaldılması və bununla fondun valyuta ehtiyatlarına qənaət etməsi qərarı olub. Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin xətləri ilə təmin olunan daxil olmalar 100,1% səviyyəsində icra olunub və müvafiq olaraq dövlət büdcəsi gəlirlərinin 41,5% və 9,3%-ini, mütləq ifadədə isə 7 milyard 118 milyon manat və 1 milyard 592 milyon manat təşkil edib. Qeyd olunmalıdır ki, 2015-ci ildə qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 6 milyard 950 milyon manat və yaxud 103% icra edilməklə, proqnozda nəzərdə tutulandan 200 milyon manat, 2014-cü illə müqayisədə isə 694 milyon manat və ya 9,5% çox təşkil edib. Ümumən, vergi daxilolmalarında qeyr-neft sektorundan daxilolmaların xüsusi çəkisi 40,5% təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 6,5% çoxdur", - deyə nazir qeyd edib.
S. Şərifov qeyd edib ki, ölkə iqtisadiyyatının məruz qaldığı xarici qiymət şoklarının qısa və ortamüddətli təsirlərinə cavab olaraq büdcə yığcamlaşdırılması siyasətinin davam etdirilməsi və təsdiq olunmuş büdcə xərclərinin 3,1 milyard manat və ya 15% ixtisar edilməsi qərarına gəlinib.
"Bununla belə, sosialyönümlü xərclərin prioritetliliyi saxlanılaraq, həmin məqsədə büdcə xərclərinin 32,1% və 5 milyard 752 milyon manat yönəlib ki, bu da 2014-cü illə müqayisədə 5% çoxdur", - deyə nazir qeyd edib.əri və kapitanları, həmçinin jurna
listlər iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat