Martirosyan hələ Bakıdadır

“Erməni QHT rəhbərinin və ailəsinin rahatlığı təmin edilib”




Ermənistan "Milli Azadlıq Hərəkatı” təşkilatının Azərbaycana sığınan rəhbəri Vaan Martirosyan hələ də Bakıdadır.

Bu barədə "Şərq”ə hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib. Martirosyanla bağlı geniş məlumat vermək istəmədiyini deyən hüquq müdafiyəçisi bildirib ki, erməni QHT rəhbəri Azərbaycandadır, onun və ailəsinin rahatlığı təmin edilib: "Mən bu haqda geniş məlumat verməyəcəm. Qısaca onu deyim ki, Martirosiyan hazırda ölkəmizdədir və onlar üçün hər şey yaxşı olacaq”.

Qeyd edək ki, bir neçə ay öncə Ermənistanda müxalif yönlü QHT rəhbəri Martirosiyan, həyat yoldaşı və azyaşlı övladı ilə, ölkəmizə sığınıb. Bakıda ailəsi ilə birlikdə mətbuat konfransı keçirən erməni müxalif deyib ki, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. V. Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib.

Aysel