Mayk Pompeo: “ABŞ İranla şərtsiz danışıqlara hazırdır"
21:06 02.06.2019
Arxiv
470
"ABŞ İranla şərtsiz danışıqlara hazırdır".
Reutersin məlumatına görə, bunu ABŞ Dövlət katibi Mayk Pompeo bəyan edib. Amma dövlət katibi belə bir şərt də irəli sürüb ki, İran "özünü normal ölkə kimi aparmaq istədiyini” göstərməlidir. Pompeo iyunun 2-də İsveçrədə bu ölkənin xarici işlər naziri İqnatsio Kassis-lə görüşüb. İran ətrafında yaranmış vəziyyət, görüşün əsas mövzularından biri olub.
ABŞ-la İran arasında diplomatik münasibətlər olmadığına görə Vaşinqtonun İrandakı maraqlarını İsveçrə təmsil edir.
Pompeonun dedikləri, İran prezidenti Həsən Ruhaninin bu yaxınlarda verdiyi bəyanata reaksiyadır.
Ruhani bu yaxınlarda deyib ki, əgər ABŞ İrana hörmətlə yanaşsa danışıqlara gedə bilərlər.
Amma ABŞ dövlət katibi qeyd edib ki, Vaşinqton Tehranın Yaxın Şərq regionunda "ziyanlı fəaliyyətinin” qarşısını almaq üçün ona təzyiqləri davam edəcək.
İranla Birləşmiş Ştatların münasibətləri son bir ildə daha da pisləşib. Vaşinqton ötən il İranla 6 aparıcı dünya ölkəsi arasında imzalanmış nüvə sazişindən çıxandan sonra ona qarşı iqtisadi sanksiyaları bərpa edib. Həmin saziş 2015-ci ildə imzalanıb.
ABŞ prezidenti Donald Tramp ötən il sazişi tənqid edərkən demişdi ki, bu razılaşmada İranın raket və nüvə proqramları, habelə onun Yaxın Şərqdəki "ziyanlı fəaliyyətləri” nıəzərə alınmayıb. Son həftələrdə Hörmüz boğazı ətrafında baş verənlər isə gərginliyi xeyli artırıb.
Ayın əvvəllərində ABŞ regiona əlavə hərbi qüvvələr göndərdiyini bildirib. Vaşinqtopn bildirir ki, bu, İrandan gələ bilən "real təhlükələrin” qarşısını almaq üçündür.
ABŞ və Səudiyyə Ərəbistanı bu günlərdə Birləşmiş Ərəb Əmirlikləri sahilində neft tankerlərinə hücumlara görə İranı ittiham edir. Tehran bu iddiaları qətiyyətlə rədd edir./amerikaninsesi.org/
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya