Məhkəmə Ərdoğanın Kamal Kılıcdaroğluna qarşı iddiasını təmin etməyib
19:46 21.01.2016
Arxiv
409
Ankara məhkəməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluna qarşı iddiasını təmin etməyib. APA-nın "Hurriyet”ə istinadən verdiyi xəbərə görə, iddia 2014-cü ilin fevralında Kamal Kılıçdaroğlunun Ərdoğan barəsində səsləndirdiyi təhqiramiz ifadələrlə bağlı olub.
Qeyd edək ki, Ərdoğanın vəkilləri Kılıçdaroğlu barəsindəki iddiada dəymiş mənəvi zərərə görə 200 min lirə kompensasiya tələb ediblər.
"Siyasətçilər bu cür hallara yol verməməlidirlər. Bu bizim övladlarımıza pis örnəkdir. Lakin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları göz qabağındadır” deyə Ərdoğanın iddiasının təmin edilməməsinə dair qərar verən hakim Leyla Kundakçı bildirib.
Qeyd edək ki, Ankara prokurorluğu Ərdoğanın Kılıçdaroğluna qarşı yeni iddiasının araşdırılmasına başlayıb. Bu dəfə prezident partiya sədrindən 100 min lirə təzminat tələb edib. Buna səbəb isə CHP liderinin yanvarın 19-da Türkiyə Böyük Millət Məclisinin qrup toplantısındakı çıxışında və şəxsi "Tvitter” hesabında Türkiyə prezidentinə qarşı bir sıra ittihamlar səsləndirməsi olub.
Həmin çıxışlarda Türkiyə prezidentinin şərəf və ləyaqətini alçaldan ifadələrin olduğu iddia edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət