Məktəb və bağçalar "donuz qripi"nə görə dezinfeksiya olunacaq
09:43 25.01.2016
Arxiv
635
Rayonlarda virusla bağlı təhlükə aşkarlanan və ağır vəziyyətdə olan xəstələr dərhal Bakıdakı xəstəxanalarda qospitalizə ediləcək
Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov "donuz qripi" ilə əlaqədar əmr imzalayıb. Bu barədə Lent.az-a Respublika Taun Əleyhinə Stansiyasının şöbə müdiri Rita İsmayılova bildirib.
Onun sözlərinə görə, yanvarın 19-da imzalanan əmrə əsasən, ölkədəki bütün məktəbəqədər və ümumtəhsil müəssisələrində ciddi dezinfeksiya işlərinin aparılması ilə bağlı tapşırıqlar verilib.
Hazırda ölkə ərazisində "donuz qripi” A( H1N1) virusu ilə bağlı təhlükəli hala rast gəlinmədiyini qeyd edən şöbə müdiri bildirib ki, əmrdə uşaqlar arasında həkim yoxlamalarının aparılması, xəstə uşaqların sağlam uşaqlardan təcrid olunması ilə bağlı göstərişlər verilib.
R. İsmayılovanın sözlərinə görə, əmrə əsasən, "donuz qripi” ilə bağlı Gigiyena və Epidemiologiya mərkəzləri ciddi nəzarət tədbirləri həyata keçirəcəklər. Bütün yoluxucu şöbə, poliklinikaların A( H1N1) virus əleyhinə dərman vasitələri və maskalara təchiz edilməsi, o cümlədən Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasının əlavə testlərlə təmin edilməsi ilə bağlı da göstəriş verilib.
Nazir müavini təcili yardım mərkəzlərinə xüsusi tapşırıq verib ki, rayonlarda " donuz qripi” ilə bağlı təhlükə aşkarlanan və ağır vəziyyətdə olan xəstələr dərhal Bakıda xüsusi ayrılmış xəstəxanalarda qospitalizə edilsin.
R.İsmayılova qeyd edib ki, tapşırıqlara əsasən, ağır vəziyyətdə olanlar Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna gətiriləcək. Digər xəstələr isə Kliniki Tibbi Mərkəz və 7 nömrəli Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasına yerləşdiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi