Məktəblər "donuz qripi" virusuna qarşı dezinfeksiya oluna bilər
20:20 20.01.2016
Arxiv
422
Prosesə ilk olaraq iri şəhər məktəblərindən başlanılacaq
"Lazım gələrsə, "donuz qripi" təhlükəs ilə əlaqədar 2009-cu ildə olduğu kimi, bu il də ümumtəhsil müəssisələrində dezinfeksiya işləri aparılacaq”.
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin sanitar-epidemioloji xidmət sektorunun müdiri Viktor Qasımov məlumat verib.
V. Qasımov bildirib ki, əgər hansısa məktəbdə "donuz qripi” ( H1N1) virusuna yoluxma ilə bağlı şübhəli hal yaranarsa, həmin məktəbdə dərhal dezinfeksiya işləri aparılacaq: "Əlbəttə ki, bu işlər dərsə mane yaratmasın deyə şənbə, bazar günləri aparılacaq. Prosesə ilk olaraq iri şəhər məktəblərindən başlanılacaq, çünki şəhərlərdə insan sıxlığı daha çox olur. Onu da qeyd edim ki, bütün bu tədbirlər ölkədəki epidemioloji vəziyyətə əsasən həyata keçiriləcək”.
Sektor müdiri hazırda ölkəmizdə "donuz qripi” ilə bağlı epidemioloji vəziyyətin stabil olduğunu və bu günə qədər heç bir təhlükənin aşkarlanmadığını qeyd edib: "Yenə də mütəmadi olaraq şübhə doğuran şəxslərin müayinələri aparılır. Hələ ki, bütün nəticələr müsbətdir. Heç bir yoluxma halı qeydə alınmayıb”.
Qeyd edək ki, Gürcüstan, Türkiyə, İran, Ermənistan kimi qonşu ölkələrdə yayılan "donuz qripi” xəstəliyi yüzlərlə insanın ölümünə səbəb olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət