Məktəblər “donuz qripi”nə qarşı dezinfeksiya olunacaq
20:38 25.01.2016
Arxiv
770
Bu müddətdə şagirdlərin dərs buraxmaq ehtimalı yaranır
"Məktəb və bağçalar "donuz qripi”nə görə dezinfeksiya olunacaq. Rayonlarda virusla bağlı təhlükə aşkarlanan və ağır vəziyyətdə olan xəstələr dərhal Bakıdakı xəstəxanalarda qospitalizə ediləcək.
Artıq səhiyyə nazirinin müavini Abbas Vəlibəyov "donuz qripi” ilə əlaqədar əmr imzalayıb”. Bu barədə Respublika Taun Əleyhinə Stansiyasının şöbə müdiri Rita İsmayılova bildirib. Onun sözlərinə görə, yanvarın 19-da imzalanan əmrə əsasən, ölkədəki bütün məktəbəqədər və ümumtəhsil müəssisələrində ciddi dezinfeksiya işlərinin aparılması ilə bağlı tapşırıqlar verilib: "Hazırda ölkə ərazisində "donuz qripi” A (H1N1) virusu ilə bağlı təhlükəli hala rast gəlinmədiyini qeyd edən şöbə müdiri bildirib ki, əmrdə uşaqlar arasında həkim yoxlamalarının aparılması, xəstə uşaqların sağlam uşaqlardan təcrid olunması ilə bağlı göstərişlər verilib. Bununla yanaşı qeyd edək ki, məktəblərdə dezinfeksiyanın hansı formada aparılacağının açıqlanmaması valideynlərin narahatlığına səbəb olub. Onlar bildirirlər ki, dezinfeksiya ilə əlaqədar övladları bir neçə gün dərs buraxacaq ki, buna görə də məktəbə 100 manat cərimə ödəməli olacaqlar. Məsələni aydınlaşdırmaq məqsədilə tanınmış təhsil eksperti Nabatəli Qulamoğlu ilə əlaqə saxladıq. O, "Şərq”ə söylədi ki, sağlamlıq olmayan yerdə nə təhsil, nə bilik, nə də tərbiyə var: "Digər tədbirlər sağlamlığa dair görülən işlərə tabe olmalıdır. Əhalinin sağlamlığına təsir göstərən hansı amil varsa, mütləq qarşısı alınmalıdır. Məktəblərin dezinfeksiyası aparılacaqsa, bunu problem etmək olmaz. Ona görə ki, növbəti təhsil illərində həmin gecikmə halları nəzərə alınacaq və tətil gününü azaldacaqlar və bununla da məsələ bitəcək. Elə də problem deyil. İstənilən halda "donuz qripi” təhlükəsi varsa, ona qarşı mütləq tədbirlər görülməlidir”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi