Məmmədyarov ATƏT qarşısında şərt qoydu
19:43 25.01.2016
Arxiv
564
“Münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan silahlı qüvvələri bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının sədrinin müavinləri Georgi Sereteli və Kent Harstedtin başçılıq etdiyi, ATƏT PA-nın baş katibi Roberto Montellanın və digər rəsmilərin daxil olduğu nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ATƏT PA ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsinin yolları müzakirə edilib, tərəflər arasında konstruktiv dialoq və anlaşma ruhunda yeni mərhələdə əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb, münaqişənin regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olduğu qeyd olunub.
E. Məmmədyarov beynəlxalq hüququn prinsipləri və BMT nizamnaməsinə uyğun olaraq münaqişənin həlli ilə əlaqədar bütün beynəlxalq təşkilatların töhfəsinin və rolunun təqdir edildiyini bildirib. O, ərazi bütövlüyünün pozulması kimi həssas və ciddi məsələnin beynəlxalq təşkilatların gündəliyinə çıxarılmasının hər bir dövlətin suveren hüququ olduğunu nəzərə çatdırıb.
Nazir ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud "status-kvo”nun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini deyərək, münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib. E. Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb.
Parlament diplomatiyasının əhəmiyyətini xüsusi qeyd edən E. Məmmədyarov ölkəmizin bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.
ATƏT Parlament Assambleyasının sədri İ. Kanervanın xəstəliyi ilə bağlı Azərbaycana səfər edə bilməməsini təəssüflə qeyd edən G. Sereteli 2014-cü ildə ATƏT PA-nın Bakıda illik sessiyasının yüksək səviyyədə keçirildiyini məmnunluqla xatırlayıb və Azərbaycanın fəal surətdə ATƏT PA-nın işinə töhfə verdiyini qeyd edib.
Görüşdə Azərbaycan və ATƏT PA arasında əlaqələrin inkişaf perspektivləri, ATƏT-in gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi