"Mənim bütün həyatım əzabla, zülmlə keçib" - Oğlunu evləndirən əməkdar artist




Zaur Kamalın verilişində qonaq olan əməkdar artist Sahib İbrahimov maraqlı açıqlaması ilə diqqətləri üzərinə çəkib.
Milli.Az xəbər verir ki, aparıcı "5/5"-in canlı yayımında müğənniyə "Həyatında əzab, əziyyətli günlərin olubmu ki, hərdən yadına salırsan?" sualı ilə müraciət edib.

Sahib İbrahimov Zaurun sualına belə cavab verib:

"Mənim bütün həyatım əzabla, əziyyətlə, zülmlə keçib. Nəyə nail olmuşamsa, zülmlə nail olmuşam. Odlu-alovlu günlərdən keçmişəm. Ona görədə mənim üçün məişət həyatımızdakı söz-sözhbətlər çox cılızdır, çox kiçik məsələlərdir".

Müğənni artıq Ayan adlı qız nəvəsinin olduğunu və oğlunu da evləndirdiyi barədə məlumat verib. Sahib İbrahimovun son açıqlaması Zauru təəccübləndirib.