
Millət vəkili: “Zamirə Hacıyevanın xərclədiyi pullarla bütün şəhidlərin haqqını vermək olardı”
13:20 14.11.2018
Arxiv
717
Zahid Oruc: "Guya yaşlı bir ana oğlunun “yeddi”si çıxmamış gedib o pulu alıb" "Adicə çəkilən imza bunun saxta oldugunu göstərir. 90 yaşlı baba sanki Donald Trampın məlum möhtəşəm qolunu çəkib”
Milli Məclisin bugünkü iclasında millət vəkili Zahid Oruc şəhid ailələri ilə bağlı son günlər gündəmdə olan birdəfəlik yardım məsələsinə də toxunub. Sherg.az-ın xəbərinə görə, Z.Oruc şəhid ailələrinə verilən sığorta haqları ilə bağlı hökumətin atdığı addımları dəyərləndirib: "Məlum fərman 11 aprel seçkilərindən sonra prezidentin ilk qərarı idi və bununla da dövlət başçısı hamıya onu nümayiş etdirdi ki, torpaqlarımız uğrunda canından keçən insanlar onun nəzərində birincidir və dövlətin məhək daşları hesab olunur. Azərbaycanın bütövlüyü uğrunda illərlə böyük iradə və misilsiz xidmətlər göstərən Ali Baş komandan əsgər və zabitlərin qədrini hamıdan yaxşı bilir. Həmin müqəddəs fərmanı ilahi mahiyyətinə uyğun da yerinə yetirmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Kommersiya Sığorta Şirkətinin vəzifə borcudur.
Təəssüflər olsun ki, son iki ayda biz həmin ailələrin kütləvi xarakterli şikayət və müraciətləri ilə üz-üzə qalmışıq. Nə baş verir? Burada yaranan sualları aydınlaşdırmaq üçün qeyd etməliyəm ki, əvvəlki nazir Səlim Müslümov vəzifəsindən getsə də, onun keçmiş fəaliyyəti qanunsuz elan olunmayıb və elə olan halda hörmətli Səlim müəllimdən gətirəcəyim sitatı kimsə şübhə altına ala bilməyəcək. Fərmanın dərcindən bir gün sonra Səlim müəllim nazirliyin rəsmi saytında deyir: fərman 8800 ailəyə şamil olunacaq. Deməli, belə bir hesablama həmin günlərdə aparılıb. İndi nə baş verir? Cavabdeh sığorta qurumunun yaşlı bir xanım işçisi həssaslıq və diqqət tələb edən minlərlə şəhid ailəsinin qarşısına iki ədəd köhnə, nimdaş bir dəftərlə çıxıb və sübut etməyə çalışır ki, o insanların çoxu haqsızdır. O boyda qurum müasir texnologiyalarla həmin sənədləri bu on ildə kompüterləşdirə bilməzdimi? Sonra uydurdular ki, arxiv yanıb. Bu, necə ola bilər, axı, millətimizin tarixinin ən şanlı səhifələrini yazan adamların tərcümeyi-halı necə yana bilər? O nimdaş dəftərlərdə olan qeydlərdən iqtibaslar gətirmək istəyirəm. Guya yaşlı bir ana oğlunun "yeddi”si çıxmamış gedib o pulu alıb. Yaxud, varis olmadığından iki yaşlı nənə və baba nəvələri üçün sığorta pulunu 40 mərasimi çıxmamış, hələ dərd soyumamış alıblar. Adicə çəkilən imza bunun saxta oldugunu göstərir. 90 yaşlı baba sanki Donald Trampın məlum möhtəşəm qolunu çəkib”.

Millət vəkili qeyd edib ki, bu məsələ həllini tapmalıdır. O deyib ki, qoca babanın Trampın imzası kimi imza çəkdiyinə inanmaq mümkün deyil:
"Ona görə düşünürəm ki, bu işin içərisində hansısa bir "qara əl” var. Adamlar gedib öz haqqını məhkəmələrdə sübut edir. Bu, yaxşı hal deyil. İndi də hüquqi varis məsələsini ortaya atıblar. Halbuki sadə vətəndaş belə düşünür ki, Londonda saray həbsxanasında olan Zamirə Hacıyevanın dəbdəbəyə xərclədiyi 130 milyon manatla 1988-1997-ci illərin bütün şəhidlərinin haqqını vermək olardı. Cahangir Hacıyevin milyardları ilə isə o şəhidlər hər il kompensasiya ala bilərdi. Ona görə gələn ilin büdcəsində bu məqsədlə ayrılmış 50 milyon manatı böldükdə onu alacaq 4500 ailə ilə bağlı sığorta təşkilatı hər həftə cəmiyyətə məlumat verməlidir və o müqəddəs fərmanın ruhuna xələl gətirən bütün addımlardan daşınmalıdır”.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm