“Elə inkişaf etmiş ölkələr var ki, valyutaları ABŞ dolları qarşısında rəqəm olaraq bizim manatdan daha ucuz görünür”
Milli valyutanı dəyişməyə ehtiyac yoxdur
20:44 14.01.2016
Arxiv
772
“Azərbaycan manatı indiki şəraitdə dünya valyutalarına qarşı rəqəm olaraq, təhlükəli deyil”
“Elə inkişaf etmiş ölkələr var ki, valyutaları ABŞ dolları qarşısında rəqəm olaraq bizim manatdan daha ucuz görünür”
“Elə inkişaf etmiş ölkələr var ki, valyutaları ABŞ dolları qarşısında rəqəm olaraq bizim manatdan daha ucuz görünür”
Gürcüstan milli valyutasını dəyişir. Bu ölkənin Milli Bankı (MB) cari ilin fevralında dövriyyəyə yeni 20, 50 və 100 lari əsginazları buraxacaq. Bu haqda MB-nin prezidenti Georgi Kadaqidze bildirib. Onun sözlərinə görə, yeni əsginazlar dövriyyəyə mərhələ-mərhələ buraxılacaq:
"Yeni pulların üzərində Gürcüstan maliyyə nazirinin imzası olmayacaq. Yeni əsginazlar lazımi dərəcədə müdafiə olunur, hətta görmə qüsuru olanlar üçün də ayrıca elementlər həkk edilib. Yeni əsginazların dizayneri Baçana Malazoniyadır”. Qeyd edək ki, son günlər Azərbaycanın da yeni əsginazlar dövriyyəyə buraxmasına dair sosial şəbəkələrdə məlumatlar yayılırdı. Məsələyə reaksiya verən Azərbaycan Mərkəzi Bankından bildirilib ki, hələlik əsginazların dizaynının yenilənməsi gözlənilmir: "Belə hal olarsa, ilk öncə MB-nin özü məlumat yayacaq”.
Bunun əsassız iddia olduğunu söyləyən tanınmış iqtisadçı Natiq Cəfərli "Şərq”ə açıqlamasında qeyd edib ki, Azərbaycanın problemi manatın rəngində və ya sıfırlarının sayında deyil. Manatın problemi ölkəyə valyuta axınının kəskin azalması və xərclərin getdikcə artması ilə əlaqədardır: "Manatın dizaynını da dəyişsələr, sıfırlarını da silsələr, bu, heç nəyi dəyişməyəcək. Valyuta bazarında olan problemləri dəyişməyəcək. 20 və 50 lariləri bu gün də, sabah da eyni qalacaq. Sadəcə olaraq Gürcüstanı daha yaxşı tanıtmaq üçün, larinin üzərinə tarixi abidələrini həkk etdirəcəklər. Bu bir növ reklam xarakterli aksiyadır. Amma bunun maliyyə bazarı və makroiqtisadi göstəricilərlə heç bir əlaqəsi yoxdur. Azərbaycanda da qeyd etdiyim kimi, manatın rəng və dizaynının dəyişməsinin ölkədəki vəziyyətlə əlaqəsi yoxdur”.
Bununla yanaşı, ekspert əlavə edib ki, 2005-ci ildə Azərbaycan doğru addım ataraq, sıfırları silib nominasiyaya getdi: "Yeni manatı dövriyyəyə buraxmışdı. Həmin dövrə görə, bu, doğru addım idi. Deyim ki, Azərbaycan manatı indiki şəraitdə dünya valyutalarına qarşı rəqəm olaraq, təhlükəli deyil. Dünyanın elə inkişaf etmiş ölkələri var ki, valyutaları ABŞ dolları qarşısında rəqəm olaraq bizim manatdan daha ucuz görünür. Məsələn, Norveçdə də vəziyyət belədir. Yəni söhbət manatın rəngindən deyil, iqtisadi situasiyadan gedir. Azərbaycanda manatın problemi qlobal makroiqtisadi göstəricilərlə bağlıdır. Ölkənin gəliri azalıb, xərclər isə artıb”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət