Mirşahin xəstəxanadan evə buraxıldı






Tanınmış jurnalist Mirşahin Ağayev xəstəxanadan evə buraxılıb. Lent.az xəbər verir ki, Mərkəzi Klinik Xəstəxanasından qafqazinfo-ya bildirilib ki, Mirşahin Ağayev artıq özünü yaxşı hiss edir və həkimlərin məsləhəti ilə bu gün səhər xəstəxananı tərk edib.

Xatırladaq ki, yanvarın 22-də Milli Teleradio Şurası ANS telekanalında yayımlanan, müəllifinin və aparıcısının məşhur telejurnalist Mirşahin Ağayev olduğu "Hesabat” verilişinin bir ay müddətinə dayandırılması barədə qərar qəbul etmişdi.

Dünən MTRŞ keçirdiyi mətbuat konfransında bu qərarın ləğv edildiyini açıqlayıb.