“Monopolistlər acgözlük etməsələr, hər şey düzələr”
21:47 13.01.2016
Arxiv
640
Araz Əlizadə: “Xalqa yalnız dövlət başçısı yaxşılıq edir”
"Ölkədə qiymətlərin kəskin bahalaşmasının heç bir iqtisadi əsası yoxdur. Sadəcə, böyük monopolist qüvvələrə demək lazımdır ki, az oğurlayın”.
Bu sözləri "Şərq”ə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadə qənaət rejiminə keçidlə bağlı danışarkən deyib. Onun sözlərinə görə, manatın ucuzlaşması o demək deyil ki, qiymətlər bahalaşmalıdır: "Bu, insafsızlığın nəticəsidir”.
Parlamentari diqqətə çatdırıb ki, monopolistlər öz tamahlarını azaltmalıdırlar: "Bax bu, ən böyük qənaət olar. Ölkəmizdə qiymət artımı süni şəkildə aparılır. Göyərtinin qiyməti bahalaşıb. Mən anlamıram, bu göyərti Amerikadan gəlir ki, dollar buna təsir göstərsin? Ötən il yığılan alma Amerikaya getdi qayıtdı ki, onun qiyməti qalxdı? Yoxsa inəklərimiz Amerikada sağılır və ya ətimiz oradan kəsilib gəlir? Qənaəti adi vətəndaşlardan tələb etmək düzgün deyil. Monopolistlər acgözlük etməsələr, hər şey düzələr”.
Çörəyin qiymətinin bahalaşmasına diqqət çəkən təşkilat rəhbəri bildirib ki, bunun qarşısını almaq üçün monopolistlərə qarşı kəskin mübarizə aparılmalıdır: "Antimonopoliya komitəsi öz sözünü deməlidir. Məsələn, tutaq ki, bir adam ötən ilin noyabrında xaricdən 5 manatdan mal gətirib. Onu beş 5 manatdan gətiribsə, rüsumu 5 manatlıq malın rüsumu kimi ödəyibsə, indi o
adamın nə ixtiyarı var ki, onu 8-9 manata satsın. Bu artıq oğurluq deməkdir. Əlbəttə, həmin pul xalqın cibindən oğurlanır. Antinhisar komitəsi, vergi və iqtisadi cinayətlər idarəsi işbazlara qarşı güclü mübarizəyə başlamalıdır. Bu onların işidir. Monopolistlərin qarşısı alınmasa, işlər çətinləşəcək”.
A.Əlizadə bəyan edib ki, dövlət başçısı əlindən gələni edir: "Azərbaycan xalqına yalnız dövlət başçısı yaxşılıq edir”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat