Moskva-Bakı aviareysi ilə uçuşa qeydiyyatda heç bir problem olmayıb




Rusiyanın "Şeremetevo" hava limanından bu gecə plsnlaşdırılan Moskva-Bakı aviareysinin vaxtında həyata keçirilməsi gözlənilir.
ONA- nın Moskva bürosunun verdiyi məlumata görə, "Şeremetevo" aeroportunda baş vermiş aviaqəza ilə bağlı onlarla reys gecikmə ilə həyata keçirilir.
Bu gün yerli vaxtla saat 23:50-də olan "Su 1852" saylı Moskva-Bakı aviareysi öz vaxtında həyata keçirilib.
"Şeremetevo" hava limanından məlum reyslə Bakıya uçmağa hazırlaşan sərnişinlərin ONA-ya verdiyi məlumata görə, uçuşa qeydiyyatda heç bir problem olmayıb. Qəzanın baş verdiyi ərazi B terminalına aiddir. Moskva-Bakı aviareysi isə E terminalından həyata keçirilir.