Mövsümi qrip xəstəlikləri artıb
20:37 25.01.2016
Arxiv
716
Tibb müəssisələrində 100-dən artıq virus infeksiyalı şəxs müalicə olunaraq sağaldılıb
Səhiyyə Nazirliyi "donuz qripi” ilə bağlı Azərbaycanda həyata keçirilən tədbirlərin icrasını gücləndirib. Nazirliyin mətbuat xidmətindən mətbuata verilən məlumata görə, tədbirlər çərçivəsində ağır formalı kəskin respirator xəstəliyə yoluxması şübhəli olanların müalicəsi, o cümlədən, hospitallaşdırılması üçün xüsusi palataların ayrılması, dərman ehtiyatının yaradılması, virusa yoluxması şübhəli olan xəstələrin laborator müayinəsinin aparılması, tibb müəssisələrində dezinfeksiya rejiminin gücləndirilməsi istiqamətində işlər görülüb.
Həyata keçirilən tədbirlər çərçivəsində respublikanın şəhər və rayonlarında zəruri profilaktik, qabaqlayıcı tədbirlər həyata keçirilib. Ölkənin bütün sərhəd ərazilərində Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyi ilə işgüzar əməkdaşlıq yaradılıb. Sərhəd-keçid məntəqələrində müvafiq profilaktik tədbirlər görülüb, xüsusi avadanlıq qurulub, gündəlik nəzarət təşkil edilib və aidiyyəti mütəxəssislərə zəruri metodiki yardım göstərilib.
Tibb işçilərinin xəstəliyə qarşı diqqətini və sayıqlığını artırmaq məqsədi ilə respublikanın bütün şəhər və rayonlarının tibb işçilərinə epidemik qrip xəstəliyi barədə təlimlər keçirilib.
İxtisaslaşdırılmış müəssisələrdə ağır kəskin respirator viruslu xəstələrin müayinə və müalicəsi üçün lazımi şərait yaradılıb, səhiyyə müəssisələri epidemik virusa qarşı dərman preparatları və tibbi ləvazimatlarla təchiz olunub. Yalnız yanvar ayı ərzində bu tibb müəssisələrində 100-dən artıq ağır formada kəskin respirator virus infeksiyalı şəxs müalicə olunaraq sağaldılıb.
PZR (Polimeras zəncirvari reaksiya avadanlığı) və digər müasir avadanlıqla təchiz edilmiş virusoloji laboratoriyalarda 200-dən artıq şübhəli xəstələrdən götürülmüş nümunələrin müayinəsi təşkil olunub. Laborator tədqiqatlar nəticəsində A(H1N1) virusu aşkar edilməyib, dövr edən viruslar arasında isə mövsümi qriplərdən biri olan A(H3N2) virusu üstünlük təşkil etdiyi müəyyən edilib. Epidemioloji prosesə dinamik müşahidənin aparılması məqsədi ilə respublikanın iri şəhərlərində kəskin respirator virus infeksiya üzərində gündəlik monitorinq aparılır və nəticələr təhlil edilir. Mövsümlə əlaqədar xəstəliyin bir qədər artmasına baxmayaraq, onun səviyyəsi epidemioloji həddən aşağıdır: "Nəzərə almaq lazımdır ki, epidemik qrip mövsümi qripdən daha ağır cərəyan edir. Hava-damcı yolu ilə yayılan virusun intoksikasiya simptomları - qusma, ishal, güclü baş ağrısı ilə başlayır, yüksək hərarət, tənəffüsün çətinləşməsi, tənginəfəsliklə müşahidə olunur. Xatırlatmaq istərdik ki, mövsümi qrip zamanı ağırlaşma 10-15 gün keçdikdən sonra baş verdiyi halda, epidemik virusda xəstəliyin 2-3-cü günlərində ağırlaşmalar müşahidə olunur. Həmçinin daxili orqanlar, xüsusən də ağ ciyər zədələnir”. Səhiyyə Nazirliyi ölkədə epidemioloji vəziyyəti daim nəzarət altında saxlayır, zəruri tədbirlərin icrasını davam etdirir.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi