MSK: "Heç bir şikayət daxil olmayıb"






"İndiyədək Milli Məclisə seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına heç bir şikayət daxil olmayıb”.
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Natiq Məmmədov söyləyib.
N. Məmmədov indiyədək MSK-ya daxil olan müraciətlərin hamısının sorğu xarakterli olduğunu qeyd edib.