“MTRŞ-nın ANS-ə qərəzini hiss etməmək mümkün deyil”
20:48 22.01.2016
Arxiv
636
Mirşahin Ağayev bunu keçirdiyi mətbuat konfransında deyib
"ANS-in MTRŞ-la münasibətlərinin tarixi hamının gözü qarşısındadır. MTRŞ ANS-in fəaliyyətini izləmək, bizim bütün addımlarımızı qarabaqara izləmək yolunu tutub. MTRŞ-nın ANS-ə olan qərəzini hiss etməmək mümkün deyil”.
APA-nın xəbərinə görə, bunu ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru, "Hesabat” verilişinin aparıcısı Mirşahin Ağayev dünən keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, MTRŞ başqa kanallara xəbərdarlıqlar etsə də, daha çox ANS cəzalandırılır: "Azərbaycan prezidentinin söz azadlığı və demokratiya ilə bağlı atdığı addımlar göz önündədir. MTRŞ bəlkə öz-özlüyündə müsbət qurum ola bilərdi, lakin bu qurumun başında duran məmur və ya məmurlar buna imkan vermir”.
ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru əlavə edib ki, MTRŞ və ANS arasında qarşıdurma Azərbaycan prezidentinin serialların çəkilişi üçün ayrılan vəsaitlə bağlı ANS-dən MTRŞ-ya edilən müraciətdən sonra başlayıb: "ANS-ə çatacaq 40 min manat bizə verilməyib. MTRŞ-dan hər dəfə bizə deyirdilər ki, serialı təqdim edəndə, məbləğ sizə veriləcək. Biz müraciət etdik, cavab olaraq bizə xəbərdarlıq etdilər. Azərbaycan prezidentinin serialların çəkilişi üçün ayırdığı vəsaitin taleyi necədir?! Bəlkə də hər şey şəffafdır. Ancaq biz bu suala cavab tapa bilməmişik. MTRŞ bu haqda məlumat verməlidir”.
Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) dünən keçirilən iclasında ANS televiziyasının efirində yayımlanan "Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığı, birtərəfliliyə yol verildiyini nəzərə alınaraq, "Televiziya və radio yayımı haqqında” qanunun 23.1-ci maddəsinə uyğun olaraq "ANS” televiziyasının efirində "Hesabat” analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 ay müddətinə dayandırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət