Müəllimə "Qış saatı"nın qurbanı oldu

Gediş - dönüş üçün 180 lirəyə bilet aldı, təyyarəyə yetişmək üçün 250 lirə də taksiyə pul ödədi




Türkiyə qış saatına 1 noyabrda keçiriləcək seçkilərə görə 8 noyabrda keçəcək. Ancaq ağıllı cib telefonlarının qış saatına görə avtomatik 1 saat geri çəkilməsi bəzi qarışıqlıqlara səbəb oldu.


Mersində müəllimlik edən Nilay Arabacı da saat qarışıqlığının qurbanı oldu. Nilay , bu gün Adana hava limanından İstanbula getmək üçün 10.45 təyyarəsinə gediş-dönüş haqqı olaraq 180 lirə ödəyərək bilet aldı. Mersindən Adanaya gedəcək xidmət avtobusuna minmək üçün dayanacağa gəldiyində avtobusun 45 dəqiqə əvvəl hərəkətləndiyini öyrənən Nilay, təyyarəyə gecikməmək üçün taksiyə minərək Adana hava limanına getdi və 250 lirə də taksiyə ödədi.

Nihal, saat qarışıqlığı səbəbiylə bəzi sərnişinlərlə birlikdə özünün də zərər çəkmiş olduğunu, İstanbula gediş- dönüş təyyarə biletindən çox taksiyə ödəniş ödəmək məcburiyyətində qaldığını söylədi.