Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başlayır
05:47 24.06.2019
Arxiv
469
İyulun 3-dək davam edəcək prosesə qatılmaq üçün namizədlər qeydiyyatdan keçməlidirlər
Bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilir.
Nazirlikdən verilən məlumata görə, iyulun 3-dək davam edəcək prosesə qatılmaq üçün namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.
Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya ölkədə daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.
Namizədlər elektron qeydiyyatdan keçərkən ərizələrində müsabiqədə iştirak növünü qeyd etməlidirlər. Belə ki, ötənilki müsabiqəyə qatılmış şəxslər həmin nəticələri ilə birbaşa vakansiya seçiminə qatıla və ya bu il yenidən müsabiqənin test imtahanı mərhələsində iştirak edə bilərlər. Həmçinin ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqaviləilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun olaraq müsabiqənin birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququna malikdirlər.
Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədlərə 40 ixtisas, 10 kurikulum, 10 məntiq olmaqla 60 sual təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.
Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi