"Münaqişənin dinc yolla həlli tükənir və müharibə ehtimalı aktuallaşır" - Deputat
16:05 04.06.2018
Arxiv
401
"Serj Sarkisyanı devirən Nikol Paşinyan tamamilə onun siyasi xəttini davam etdirir. Yeni baş nazirin fəaliyyət proqramında heç bir yenilik yoxdur”.
Bu barədə "Sherg.az”a Ermənistan baş naziri Nikol Paşinyanın elan etdiyi yeni hökumət proqramı haqqında danışarkən millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov bildirib. Onun fikrincə, həm daxili, həm də xarici siyasətdə əvvəlki Ermənistan rəhbərliyinin addımları təkrar edilir:
"Paşinyan qeyd edir ki, ölkə iqtisadiyyatı ilə bağlı üç mühüm sahəyə diqqət yetirəcək: informasiya və yüksək texnologiyaların inkişafı və bunun fonunda hərbi-sənaye kompleksinin yüksəldilməsi, turizmin inkişafı və kənd təsərrüfatının dirçəldilməsi. Ermənistan kimi cırtdan ölkənin hərbi sənaye kompleksinin hansı səviyyədə olacağını indidən söyləmək mümkündür. Köhnəlmiş silahlarla hərbi texnikasını inkişaf etdirməyə çalışan Ermənistan hansı iqtisadi nailiyyət əldə edə bilər? Bu, absurd yanaşmadır. Ölkədə heç bir sabitlik olmadığı, korrupsiyanın baş alıb getdiyi halda turizmin inkişafı necə mümkün olacaq? Ermənistan iqtisadiyyatına heç bir investisiya qoyulmur. Bu halda kənd təsərrüfatının inkişafı da reallığı əks etdirmir”.
N.Paşinyanın siyasi məqsədlərinə gəlincə, E.Nəsirov söyləyib ki, baş nazir Rusiya ilə münasibətlərə strateji əhəmiyyət verdiyini bildirib, Avropa İttifaqı ilə münasibətlərin inkişafına önəm verir:
"Serj Sarkisyan Rusiyadan silah-sursat, ABŞ və Avropadan isə maliyyə dəstəyi almağa çalışırdı. Eynilə N.Paşinyan da bu niyyətlə çıxış edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Nikol Paşinyan Dağlıq Qarabağın mövcudluğu üçün Ermənistanın cavabdehlik daşıdığını bəyan edir, qondarma rejimin üçüncü tərəf kimi danışıqlarda iştirak etməsini gündəmə gətirir. Eyni zamanda baş nazir qondarma rejimə hərtərəfli dəstək, onun təbliği və s. məsələlərə toxunur. Paşinyan Sarkisyanın siyasətini bu şəkildə davam etdirəcəksə, Ermənistanın yeni inqilabla üzləşməsi, Paşinyanın eks- prezidentin taleyini yaşaması baş verə bilər”.
E.Nəsirov bu məsələdə Azərbaycanın mövqeyinə də toxunub. O xatırladıb ki, prezident İlham Əliyev dövlətimizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki mövqeyini dəfələrlə bəyan edib:
"Bütün halda Azərbaycanın ərazi bütövlüyü danışıqların predmeti olmayıb, bundan sonra da olmayacaq. Azərbaycan konstruktiv danışıqlara hazırdır. Bizə danışıqlar naminə danışıqlar lazım deyil. Substantiv danışıqlara ehtiyac var. Amma dəfələrlə görmüşük ki, bu və ya digər məsələdə faktiki razılaşma əldə edilib. Lakin sonrakı mərhələdə Ermənistan özünü elə aparıb ki, sanki heç bir razılıq əldə olunmayıb.
Hesab edirəm ki, Paşinyan rejimi aprel döyüşlərindən nəticə çıxarmalıdır. Bu münaqişənin dondurulmuş münaqişə olmadığını nəzərə almaq lazımdır. Paşinyan Sarkisyan xəttini davam etdirəcəyi təqdirdə münaqişənin dinc yolla həlli imkanları tükənir və müharibə ehtimalı aktuallaşır. Nəticədə bütün məsuliyyət Paşinyanın, ona havadarlıq edən qüvvələrin, beynəlxalq ictimaiyyətin, ATƏT-in Minsk qrupunun üzərinə düşəcək”.
Qeyd edək ki, Ermənistanın yeni hökumət proqramının xarici siyasət və Dağlıq Qarabağ hissələrində bunlar yazılıb: "Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinə cavabdehdir”, "Danışıqlarda bizim üçün Dağlıq Qarabağın statusu əsasdır”, "Dağlıq Qarabağ təmsilçiləri danışıqlarda iştirak etməlidirlər”, "Ermənistan hökuməti beynəlxalq aləmdə erməni soyqırımının tanınması siyasətini aparacaq”, "Rusiya ilə müxtəlif sahələrdə strateji tərəfdaşlıq davam edəcək”. Bundan başqa, proqramda ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığın vacibliyindən də danışılır. Üstəgəl proqramın ana xətlərindən biri də Ermənistanın Gürcüstan və İranla əməkdaşlığını dərinləşdirməsinin vacibliyinin göstərilməsidir. Uzaq Çin, Hindistan və Yaponiya ilə siyasi və iqtisadi əlaqələrin inkişafı vacibliyi də unudulmayıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belarus prezidentinin kiçik oğlu orduya çağırılıb
16:58 11.09.2026
Dünya
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
16:51 11.09.2026
Ekologiya
Lukaşenko görüş üçün Trampa şərt qoydu
16:50 11.09.2026
Dünya
Riyaziyyat təmayüllü məktəb ənənəsi güclənir
16:49 11.09.2026
Elm və Təhsil
Karapetyan: Rusiya Ermənistandan getsə, yiyəsiz qalacağıq
16:44 11.09.2026
Region
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
16:15 11.09.2026
Dünya
Netanyahu husilərə qarşı müharibəyə hazır olduğunu bəyan etdi
16:07 11.09.2026
Aktual
Aleksandr Vuçiç sentyabrın sonunda istefa verəcək
15:53 11.09.2026
Dünya
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
15:45 11.09.2026
Gündəm
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət