“Mütəllibovun adamı deyilik...”
20:48 11.01.2016
Arxiv
620
Araz Əlizadə və Tahir Kərimli Əli Əliyevin ittihamlarını təəccüblə qarşıladı
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Milli Məclisdə təmsil olunan 3 deputatla bağlı maraqlı açıqlama verib. Partiya sədri deyib ki, Azərbaycan Sosial Demokrat Partiyası, Vəhdət Partiyası və Vətəndaş Birliyi Partiyasının sədrləri eks-prezident Ayaz Mütəllibovun parlamentdəki "kadr”larıdır. O bunu həmin adamların Rusiya meyilli olmaları ilə əlaqələndirib.
Ə.Əliyev bildirib ki, Ayaz Mütəllibov müxtəlif zamanlarda Vətəndaş Birliyi Partiyasının və ASDP-nin həmsədri olub. Vəhdət Partiyasının isə üzvü olmayıb. Sadəcə olaraq Vəhdət Partiyası radikal müxalifətdə olduğu dövrlərdə bir müddət Ayaz Mütəllibova simpatiya bəsləyib və onu müdafiə edib.
Haqqındakı iddiaya münasibət bildirən ASDP sədri Araz Əlizadə VİP rəhbərindən bu cür qeyri-ciddi açıqlama gözləmədiyini deyib: "Əli Əliyevi bu günə kimi ciddi adam bilirdim. Bu cür çıxış etməsini ondan gözləmirdim. Əvvəla ondan başlayım ki, Tahir Kərimli Xalq Cəbhəsindən gəlib. Əli Əliyev də Xalq Cəbhəsinin yetirməsidir. Mən isə həmişə sosial-demokrat olmaqla yanaşı, Mütəllibova da müxalifətdə olmuşam. Burda bir məsələ var. Mütəllibov demokratiyaya gedən yolu tutmuşdu. Əli Əliyev isə üzv olduğu Xalq Cəbhəsi Partiyasından Vəhdət Partiyasına gedib. Düzü, belə mənasız fikirləri eşitmək mənə təəccüblü gəldi. Araz Əlizadə həmişə xalqın adamı olub, kimlərinsə adamı olmayıb”.
Vəhdət Partiyasının sədri Tahir Kərimli isə Əli Əliyevin parlamentdə təmsil oluna bilməməsi səbəbindən qarayaxma işlərlə məşğul olduğunu vurğulayıb: "Bu fikirlər cəfəngiyyatdır. Heç vaxt kiminsə adamı olmamışam. Əli Əliyevin bu cür çıxışı təhqir xarakteri daşıyır. Özü kiminsə adamı olub, mən yox. O, Milli Məclisə seçilmək, deputat olmaqdan ötrü həmişə dəridən-qabıqdan çıxıb. İstəyinə nail olmadığına görə qarayaxma işlərlə məşğuldur. Vaxtilə Ayaz Mütəllibovun yıxılmasında müstəsna rol oynayanlardan biri olmuşam. Təbii, o vaxt sovet imperiyasına qarşı mübarizə aparırdım, konkert Mütəllibova qarşı yox. Hər halda, o, həmin vaxt dövlət rəhbəri idi. İndi Əli Əliyev mənim adımı kiminsə adamı olmaqda necə çəkir?!”
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat