Mütləq laborator müayinə aparılmalıdır
22:00 13.01.2016
Arxiv
614
“Hər yüksək temperaturu olan şəxsə “donuz qripi” diaqnozu qoymaq olmaz”
Qonşu ölkələrdə "donuz qripi” (H1N1) virusunun yayılması Azərbaycanda narahatlığa səbəb olub. Ölkəmizdə bu virusa yoluxma halı qeydə alınmasa da, bu sahədə tədbirlər gücləndirilib.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumatda ölkəmizdə "donuz qripi”nə yoluxma olmadığı öz təsdiqini tapıb. Mərkəz bildirib ki, sərhəddən keçən bütün nəqliyyat vasitələri dezinfeksiya olunur və virusun yayıldığı ölkələrdən Azərbaycana gələn şəxslər tibbi müayinələrdən keçirilir: "Bu sahədə gündəlik nəzarət təmin edilir və qeydə alınan hadisələr barədə Səhiyyə Nazirliyinə müntəzəm məlumat verilir. Əgər hər hansı bir xəstəlik halı müəyyən olunarsa, həmin şəxslər qeydiyyata götürülür. Bu günə kimi heç bir xəstə aşkar edilməyib və sərhəd-keçid məntəqələrindən xəstəlik barədə məlumat daxil olmayıb”.
Qurum virusdan qorunmaq üçün insanlara tövsiyələrində xüsusilə həmin ölkələrdə yaşayan həmvətənlərimizə daha diqqətli olmağı məsləhət verib: "İnsanların kütləvi yığıldığı yerlərdən mümkün qədər kənar qalmaq lazımdır. Hər hansı bir xəstəylə yaxın təmas zamanı maskalardan istifadə etmək mütləqdir. Xəstələr müalicəyə cəlb olunmalıdır. Bir sözlə, hər bir kəs özünü qorumağı bacarmalıdır. Bildiyimiz kimi, xəstəliyin əsas göstəricisi yüksək temperaturdur və hərarəti qalxan şəxslər mütləq həkimə müraciət etməlidir. Xəstəliyin diaqnozu yalnız laborator müayinə nəticəsində qoyulur. Hər yüksək temperaturu olan şəxsə "donuz qripi” diaqnozu qoymaq olmaz. Mütləq laborator müayinələr aparılmalıdır”.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev də jurnalistlərin suallarını cavablandıran zaman Türkiyədə qeydə alınmış "donuz qripi” təhlükəsi ilə bağlı Azərbaycanın gömrük keçid-məntəqələrinin gücləndirilmiş iş rejiminə keçdiyini bildirmişdi. Komitə sədri onu da vurğulamışdı ki, yaxın zamanlarda nazirliyin təcrübəli həkimlərinin iştirakı ilə Komitənin tərkibində olan həkim briqadaları üçün seminar-treninqlərin keçirilməsi də nəzərdə tutulub.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat