Müxalifət iqtidara iki təklif verib
20:24 14.01.2016
Arxiv
613
Mirmahmud Mirəlioğlu: “Birinci təklifdə bildirdik ki, vəziyyəti müzakirə etmək üçün bütün siyasi təşkilatların bir arada olmasını istəyirik”
"İqtidar-müxalifət dialoqu bu il də davam etdiriləcək”. Bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov neftin qiymətinin düşməsi və manatın məzənnəsinin dəyişməsinə münasibət bildirərək deyib.
YAP rəsmisinin sözlərinə görə, hazırda müxalifət partiyalarında ölkə başçısının fikirlərinə alternativ layihə təqdim etmək potensialı yoxdur: "Ancaq kiminsə layihəsi varsa, təbii ki, fikirlərini yazılı şəkildə təqdim edə bilər. Hər hansı siyasi partiya istənilən sahə üzrə təklif və layihələrini təqdim edə bilər. Əslində siyasi partiyaların funksiyası dövlətə alternativ təkliflərin verilməsindən ibarətdir. Bu baxımdan burada qəbahət yoxdur, təkliflər verilə bilər. Azərbaycanda iqtidar-müxalifət arasında dialoq var və bu proses davam etdiriləcək”.
YAP rəsmisinin açıqlamasına münasibət bildirən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu "Şərq”ə deyib ki, hər kəsi düşündürən məsələlərlə bağlı təkliflər hazırlaya bilərik və hazırlayırıq da: "Biz təklif irəli sürmüşük və bir il öncə də belə bir təşəbbüs ortaya qoymuşuq. Görüşlər baş tutsa da, nəticəsi olmayıb. Doğrudur, dialoqun baş tutmasını istəyirik. Amma bu görüşün daha yüksək səviyyədə, burada parlamentarinin, mütəxəssislərin iştirak etməsini istəyirik”.
Təşkilat sədri diqqətə çatdırıb ki, dünən (13 yanvar) bu məsələlərlə bağlı iki təklif veriblər: "Birinci təklifdə bildirdik ki, yürüdülən siyasətin nəticəsi olaraq yaranmış böhranlı vəziyyəti müzakirə etmək üçün bütün siyasi təşkilatların bir arada olmasını istəyirik. İkinci təklifimiz də o oldu ki, hökumətdən təklif deyil, əməli iş gözləyirik”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət