“Nar-ın eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimləri davam edir
05:36 27.06.2019
Arxiv
552
Fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasına hər zaman xüsusi diqqət ayıran "Nar”-ın dəstəyi ilə keçirilən "Təlim Məktəbi” layihəsinin ikinci mərhələsi başa çatıb. Belə ki, 15 nəfərlik qrup intensiv aşpazlıq təlimini başa vuraraq, bu peşənin incəliklərinə yiyələniblər. "Karlara Dəstək” İctimai Birliyi ilə birgə reallaşdırılan layihə çərçivəsində artıq son təlim mərhələsinə də start verilib. Öncədən aparılan sorğu əsasında iştirakçıların marağına uyğun olaraq seçilən motorçu peşə təlimi öz işinə başlayıb.
Motorçu təliminin özəlliyi ondan ibarətdir ki, təlimçi 3-cü qrup eşitmə məhdudiyyəti olan və artıq 12 ildir ki, avtomobil ustası çalışan Bəhrəm Hüseynovdur. Onun sözlərinə görə, avtomobilin təmiri zamanı bəzən səsləri duymağa ehtiyac olsa da, güclü intuisiya qabiliyyəti ilə işin öhdəsindən asanlıqla gəlmək mümkündür.
Qeyd edək ki, "Nar” tərəfindən təşkil edilən "Təlim məktəbi” layihəsi eşitmə məhdudiyyəti olan insanların peşə sahibi olmaqla cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə keçirilir. Bu layihə eşitmə məhdudiyyətli insanların işlə təmin olunmasına da yardım edəcək. Peşə təlimi ilkin olaraq paytaxt Bakıda start götürüb. Gələcəkdə isə bölgələrdə də "Təlim məktəbi” layihəsinin davam etdirilməsi planlaşdırılır.
"Nar” 4 ilə yaxındır ki, eşitmə məhdudiyyətli insanlar üçün bu cür təlimlər təşkil etməklə, onların müxtəlif peşəyə yiyələnməsinə və iş bacarıqlarının artmasına töhfə verir. Fiziki məhdudiyyətli insanlara dəstək və onların cəmiyyətə inteqrasiyası "Nar”-ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət