"Nardaran hadisələri ilə bağlı gərginləşdirən açıqlamalara lüzum yoxdur"





"Nardaran hadisələri ilə bağlı məsələləri gərginləşdirən açıqlamalara lüzum görmürəm. Hüquqa zidd hərəkətlər baş verib, hüquq-mühafizə orqanları da bu hadisələri araşdırır”.
APA-nın məlumatına görə, bunuMilli Məclis sədrinin müaviniBahar Muradova deyib.
B. Muradova bildirib ki, hüquq-mühafizə orqanları hadisəyə hüquqi qiymət verəcək: "Dini inancından, etnik mənsubiyyətindən asılı olmayaraq, vətəndaşlardan Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstərmək tələb olunur. Dini inanc insanın özünə məxsusdur, mədəniyyətimizin, dünya görüşümüzün bir hissəsidir, amma tam həyatımız demək deyil.
Hər bir insan dünyəvi ölkənin vətəndaşı olduğunu unutmamalı, həyatını dini inancı ilə birlikdə milli adət-ənənələrimizə, qanunlarımıza uyğun qurmağı bacarmalıdır”.