Natiq Məmmədli də kampaniyaya qoşuldu: “Şərq” siması olan qəzetdir..."

"... və bu fikri hər media orqanı haqqında demək olmaz"



Ötənlərdə 23 illik tarixə malik və ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan "Şərq” qəzeti abunə kampaniyasına başlamaq qərarı verib. Məhz bu məqsədlə qəzetin baş redaktoru Akif Aşırlı redaksiyada toplantı keçirərək, klassik qəzet ənənələrinin yaşadılması naminə "Şərq”i oxu” şüarı ilə ictimaiyyət nümayəndələrinə, sadə vətəndaşlara, qəzet oxumaq istəyən hər kəsə müraciət ünvanlayaraq, abunə yazılmaq üçün çağırış edib. Və qəzetin redaksiyasında "Abunə dəftəri” açılıb. Artıq bu çağırışdan sonra sosial mediada, eləcə də ictimaiyyətdə ziyalılar, aydınlar, tanınmış qələm adamları və oxucular "Şərq"ə dəstəklərini ifadə ediblər.

Belə qələm adamlarından biri də tanınmış jurnalist və tarixçi Natiq Məmmədlidir. O öz "Facebook" səhifəsində "Şərq"in abunə kampaniyasına dəstəyini belə izhar edib:

"Şərq” maraqlı qəzetdi- Azərbaycanın klassik mətbuat irsini yaşadan, milli dəyərlərini qoyub saxlayan, dövlətçilik əxlaqına sadiq KİV nümunəsidir. "Şərq” siması olan qəzetdir və bu fikri hər media orqanı haqqında demək olmaz. Onu qorumaq ictimai borc kimi bütün oxucuları düşündürməlidir".

Ayyət Əhməd