NATO: "Türkiyənin şərhi bizdəki məlumatlarla eynidir"





NATO-nun baş katibi Yens Stoltenberq, rus döyüş təyyarəsinin vurulması ilə əlaqədar olaraq "Türkiyənin şərhi bizdəki məlumatlarla eynidir. Gərginliyin azaldılması lazımdır, ciddi bir vəziyyət söz mövzusudur. Gərginliyin azaldılmasına qatqı verməliyik" deyib. 
Türkiyənin tələbi ilə reallaşdırılan NATO Şurasının fövqəladə yığıncağı təxminən bir saat davam edib. Yığıncaqda Türkiyə, təyyarənin vurulması ilə əlaqədar məlumatlar verib. NATO-nun baş katibi Yens Stoltenberq və üzv ölkələrin səfirlərinin qatıldığı toplantıdan  sonra baş katib açıqlama verib. Stoltenberq, "Rusiyanın hədəfi IŞİD-i yox etmək olmalıdı. Gördüyümüz Rusiyanın əməliyyatlarının çoxu IŞİD-in olmadığı yerlərə yönəldi. IŞİD-i olduğu yerdə sıxlaşdırmalıyıq. IŞİD bizim ortaq düşmənimizdir" deyə danışdı.