Nazir: Azərbaycanla İran arasında e-TIR pilot layihəsinin tətbiqinə başlanılıb
14:58 05.08.2019
Arxiv
444
İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasına səfər edib.
İqtisadiyyat Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti bir sıra görüşlər keçirib.
İran İslam Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi, İqtisadi İşlər və Maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsənd, Yollar və Şəhərsalma naziri Məhəmməd Eslami, Sənaye, Mədən və Ticarət naziri Reza Rəhmani ilə keçirilən görüşlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin siyasi iradəsi və dostluq münasibətlərinin ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı vurğulanıb, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əlaqələrin inkişafında önəmi qeyd edilib. İkitərəfli əlaqələrdə xalqlarımızın ortaq dinə, mədəniyyətə və adət-ənənələrə malik olması da, əhəmiyyətli rol oynayır.
Bildirilib ki, ölkələrimiz arasında əməkdaşlığın möhkəm müqavilə-hüquq bazası yaradılıb, Azərbaycan və İran arasında ticarət dövriyyəsi artır, nəqliyyat, energetika, yükdaşımlar, sənaye, səhiyyə, kənd təsərrüfatı, İKT, turizm, humanitar və s. sahələrdə əməkdaşlıq inkişaf edir, əlaqələrin daha da genişləndirilməsi üçün potensial böyükdür.
Azərbaycanda əlverişli biznes mühitindən yararlananaraq bir sıra sahələrdə, o cümlədən sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı sahələrində İran şirkətlərinin fəallığı artır.
Ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit əməkdaşlığıdır və bu sahədə mühüm işlər görülüb. Tarixi əhəmiyyətə malik Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində önəmli tədbirlər həyata keçirilib. Qeyd olunub ki, nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi daşınan yüklərin həcminin artırılmasını təmin etməklə, Azərbaycan və İranın nəqliyyat-tranzit və ticarət-iqtisadi potensialının gücləndirilməsinə töhfə verir. Bununla yanaşı, iki ölkə arasında tranzit əməliyyatlarının tam elektronlaşdırılmasını nəzərdə tutan e-TIR pilot layihəsinin tətbiqinə başlanılıb, sərhəd-keçid məntəqələrində iş rejiminin artırılması təmin olunub.
İqtisadi əlaqələrin inkişafında digər sahələrlə yanaşı, sənaye mühüm rol oynayır. Azərbaycan və İran arasında maşınqayırma, əczaçılıq, qida sahələrində birgə layihələrin reallaşdırılması istiqamətində işlər görülür. Azərbaycanda İran Klinikası fəaliyyət göstərir.
Görüşlərdə nəqliyyat, iqtisadi-ticarət, energetika, sənaye, kənd təsərrüfatı, səhiyyə, İKT, turizm, humanitar, xidmət və s. sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətləri, o cümlədən birgə müəssisələrin yaradılması barədə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi