Nazir Mühəndis və Kimya hərbi hissələrindəki yeni obyektlərlə tanış olub - VİDEO
14:29 22.01.2019
Arxiv
333
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov yeni istifadəyə verilən hərbi təyinatlı obyektlərin açılışında iştirak edib.
Müdafiə Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən mühəndis-istehkam hərbi hissələrinin yerinə yetirdiyi vəzifələr, bu bölmələrin texniki baxımdan təkmilləşdirilməsi və döyüş potensialının artırılması üçün müasir texnikalar alınaraq qoşunların təminatına verilib. Hərbi əməliyyatların mühəndis təminatının yerinə yetirilməsi zamanı tətbiq olunan müxtəlif növ texnikanın saxlandığı park, şəxsi heyətin hazırlığı üçün nəzərdə tutulan taktiki sinif otaqları və digər inzibati tikililər müvafiq avadanlıqlar və əyani təbliğat vasitələri ilə tam təchiz edilib.
Sonra Müdafiə Nazirliyinin rəhbərliyi Kimya Qoşunlarının üzərinə düşən tapşırıqların xüsusiyyətləri nəzərə alınmaqla yeni istifadəyə verilən qərargah, əsgər yataqxanası, yeməkxana və xüsusi texnikanın saxlandığı parkla tanış olub. Qeyd olunub ki, yaradılan şərait şəxsi heyətin kimya təminatı tapşırıqlarını daha keyfiyyətlə yerinə yetirməsinə müsbət təsir göstərəcək.
General-polkovnik Z.Həsənov hər iki qoşunların komandanlığı qarşısında döyüşə hazırlıq səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı müvafiq tapşırıqlar qoyub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bayramda diqqətli olun - Qırmızı ət və desert...
05:25 26.05.2026
Sağlamlıq
Toral Bayramov “Qarabağ”dan getdi
04:00 26.05.2026
Futbol
İspaniyada daha bir nəfərdə hantavirus aşkarlanıb
03:33 26.05.2026
Dünya
Səhərlər gözdə problem insultdan xəbər verə bilər
02:54 26.05.2026
Sağlamlıq
Ondan sonra bir daha evlənməyi düşünmür
02:22 26.05.2026
Şou
Köçəryan Azərbaycanla bağlı "vəd" verdi
01:27 26.05.2026
Cənubi Qafqaz
Braziliya prezidenti radioterapiya kursuna başladı
01:05 26.05.2026
Dünya
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
00:43 26.05.2026
Region
İsrail ordusu Livana yenidən zərbə endirməyə başlayıb
00:22 26.05.2026
Dünya
İranda internetlə bağlı mühüm qərar: Pezeşkian təsdiqlədi
23:40 25.05.2026
Region
Rumıniyanın Prezidenti İlham Əliyevi təbrik edib
23:05 25.05.2026
Rəsmi
Bolqarıstanda NATO-nun quru qoşunlarının təlimləri keçiriləcək
22:31 25.05.2026
Dünya
Keniya prezidenti İlham Əliyevi təbrik edib
22:00 25.05.2026
Rəsmi
Neftin qiyməti 94 dollardan aşağı düşüb
21:35 25.05.2026
İqtisadiyyat
Vanqa proqnozları: 2026-da Rusiyada liderlik dəyişikliyi...
20:31 25.05.2026
Gündəm