Nazir: "QAZ" avtomobillərinin İran və Türkiyəyə ixrac olunması planlaşdırılır
11:10 09.02.2019
Arxiv
594
Hacıqabul Sənaye Məhəlləsində istehsal olunacaq "QAZ" avtomobillərinin İran, Gürcüstan və Türkiyəyə ixrac olunması planlaşdırılır.
"Sherg.az" xəbər verir ki, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın "Azərmaş” ASC-nin Rusiyanın "QAZ Qrup” (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimində jurnalistlərə bildirib.
O qeyd edib ki, Hacıqabul Sənaye Məhəlləsində "QAZ" avtomobil zavodunun tikintisi layihəsi Azərbaycanla Rusiya arasındakı digər layihələr kimi hər iki ölkəyə xeyir gətirir.
Xatırladaq ki, bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın "Azərmaş” ASC-nin Rusiyanın "QAZ Qrup” (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.
Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov, Rusiyanin iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak ediblər.
Bildirilib ki, zavodda tikinti işləri növbəti ilin ortalarına qədər təhvil veriləcək, burada kiçik tonnajlı avtomobillər istehsal ediləcək. Dəyəri 14 milyon manat olan zavodun illik istehsalı 1000 avtomobil təşkil edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adnan Şensesin qızı vəfat etdi!
22:36 13.05.2026
Şou
Rusiya səfiri Ukraynaya hücumlarla bağlı Macarıstan XİN-ə çağırılıb
22:18 13.05.2026
Dünya
"Sabah" Azərbaycan Kubokunun qalibi olub
22:02 13.05.2026
Futbol
Ermənistanda seçicilərə rüşvət verən şəxslər həbs edildilər
21:33 13.05.2026
Cənubi Qafqaz
Əraqçi: Küveyt Fars körfəzində İranın gəmisinə hücum edib
21:08 13.05.2026
Gündəm
Putin Ukrayna həmsərhəd iki regionun qubernatorunu dəyişib
20:55 13.05.2026
Dünya
Arda Güler “Real Madrid”də ayın futbolçusu seçildi
20:43 13.05.2026
Futbol
SEPAH: İranda beynəlxalq internet bərpa olunacaq
20:34 13.05.2026
Region
"Brent" ucuzlaşdı, "WTI" bahalaşdı
20:22 13.05.2026
İqtisadiyyat
Bu ölkə Ukrayna ilə sərhədini bağladı
20:10 13.05.2026
Dünya
WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir
19:58 13.05.2026
İnfrastruktur
Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 860 mini ötüb
19:27 13.05.2026
Ekologiya
Faktiki hava açıqlanıb
18:48 13.05.2026
Ekologiya
Finlandiya ilk milli təhlükəsizlik konsepsiyasını təsdiqləyib
18:29 13.05.2026
Dünya
Azərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olub
18:21 13.05.2026
Hərbi